AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


"AQROLİZİNQ" ASC-DƏ 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ YAD EDİLİB

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Aparatında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən İdarə Heyətinin sədr müavini Ziya Vəliyev və Mehman İsmayılov  milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 yanvar faciəsi və xalqımızın öz süverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixi haqqında danışıblar. 

Anım mərasimində çıxış edən natiqlər 20 yanvar hadisələrini Azərbaycan xalqının tarixində şanlı səhifə adlandırıblar. Çıxışlarda bildirilib ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Nəsillər dəyişəcək, lakin,vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır!

Xəbərlər
2019-04-11
QAXDA AZOT GÜBRƏSİNİN GÜZƏŞTLİ ŞƏRTLƏRLƏ SƏYYAR SATIŞI KEÇİRİLİB
ətraflı oxu
2019-03-04
GÖYÇAYDA AZOT GÜBRƏSİNİN GÜZƏŞTLİ ŞƏRTLƏRLƏ SƏYYAR SATIŞI HƏYATA KEÇİRİLİB
ətraflı oxu
2019-03-04
COCUQ MƏRCANLI KƏNDİNİN SAKİNLƏRİ PULSUZ MİNERAL GÜBRƏLƏRLƏ TƏMİN OLUNUB
ətraflı oxu
2019-02-27
GÖYÇAYDA AZOT GÜBRƏSİNİN NÖVBƏTİ SƏYYAR SATIŞI HƏYATA KEÇİRİLƏCƏK
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений