AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


XAÇMAZDA "REGİONLARDA MAARİFLƏNDİRMƏ VƏ SORĞU” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ GÖRÜŞ KEÇİRİLİB

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Regionlarda maarifləndirmə və sorğu” layihəsi çərçivəsində Xaçmaz rayonunda növbəti görüş keçirilib. Görüşə Xaçmaz, Quba, Qusar, Siyəzən, Xızı və Şabran rayonlarında fəaliyyət göstərən fermerlər qatılıblar.

Layihənin əsas məqsədi “Aqrolizinq” ASC-nin fəaliyyəti, o cümlədən texnikaların, texnoloji avadanlıqların, damazlıq heyvanların lizinqə verilməsi şərtləri, mineral gübrə və pestisidlərin satışı qaydaları, aqrotexniki xidmətlər barədə fermerləri məlumatlandırmaq, tətbiq edilən elektron xidmətlər, innovativ yeniliklər barədə vətəndaşların interaktiv tanışlığı və maarifləndirilməsi, vətəndaşlara cəmiyyətin əlçatanlığının və yaxınlığının təmin edilməsi, bununla əlaqədar onların problemlərini, müraciət və təkliflərini dinləyərək həll edilməsi istiqamətində addımların atılmasından ibarətdir.

Görüşdə “Aqrolizinq” ASC-nin Aqrotexniki xidmətlər və avadanlıqlara texniki qulluğun təşkili şöbəsinin müdiri İsrafil İsmayılov “Kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsi”, Kənd təsərrüfatı texnikalarının və avadanlıqların lizinqi şöbəsinin müdiri İlyas Həsənov “10 illik lizinqli satış və 40 faiz güzəşt”, Pestisidlər və mineral gübrələrin tədarükü, saxlanması və satışının tənzimlənməsi şöbəsinin sektor müdiri Vüsal Tağıyev “Bol məhsul əldə etmək üçün mineral gübrə və pestisidlərin əhəmiyyəti. Gübrələrin və pestisidlərin güzəşt limitinin hesablanması”,  Hüquq şöbəsinin müdiri  Aynurə Quliyeva “Cəmiyyət və fermerlər arasında hüquqi münasibətlər” mövzularında çıxış ediblər. Tədbirdə “Aqrolizinq” ASC-nin şöbə müdiri Ayaz Qədirov innovativ yeniliklər, tətbiq edilən elektron xidmətlər barədə məlumat verib, Səhmdar Cəmiyyət və fermer arasındakı münasibətlərin elektronlaşdırılması, elektron hökumət portalında xidmətlər barədə interaktiv təqdimatla çıxış edib.

Sonra fermerlərə ödənişlərin daha rahat və vaxt itkisi olmadan aparılması üçün inteqrasiya ödəniş sistemləri barədə məlumat verilib. Bildirilib ki, Cəmiyyətin xidmətlərinə görə ödənişləri ölkə üzrə bütün “E-manat” və “Milli-ön” ödəniş terminalları vasitəsilə həyata keçirmək mümkündür.

Təqdimat zamanı aqrotexniki xidmətlərdən yararlanmaq üçün mobil tətbiq üzərindən sifarişlərin verilməsi layihəsi barədə də danışılıb, bununla bağlı iştirakçılar arasında sorğu aparılıb.

Qeyd olunub ki, “Aqrolizinq” ASC-nin fəaliyyətə başladığı 2005-ci ildən indiyədək Xaçmaz, Quba, Qusar, Siyəzən, Xızı və Şabran rayonlarından olan 1077 istifadəçiyə lizinq yolu ilə ümumi dəyəri 44 milyon 604 min 667 manat təşkil edən 2 min 935 ədəd kənd təsərrüfatı texnikaları verilib.

Görüş zamanı fermerlərə layihənin mahiyyəti, məqsəd və hədəfləri, kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsi, 10 illik lizinqli satış və 40 faiz güzəşt, bol məhsul əldə etmək üçün mineral gübrə və pestisidlərin əhəmiyyəti, gübrələrin və pestisidlərin güzəşt limitinin hesablanması haqqında da ətraflı məlumat verilib.

Görüşdə mövcud problemlər müzakirə olunub, onların həlli yollarına və təkliflərə dair geniş fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda region üzrə 30-a yaxın fermerə səyyar xidmət çərçivəsində güzəşt müqavilələri təqdim edilib.

 

Xəbərlər
2019-09-19
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir
ətraflı oxu
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений