AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Biləsuvarda pambıq sahələrində 36 müasir pambıqyığan kombayn işləyir

Biləsuvarlı pambıqçılar bu günədək sahələrdən 13 min 583 ton pambıq toplayıblar. Gün ərzində plantasiyalardan 470-475 ton “ağ qızıl” yığılaraq qəbul məntəqələrinə göndərilir. Məhsul istehsalçıları pambığı həm əl, həm də maşınlarla toplayırlar. Hazırda sahələrdə 36 ən müasir pambıqyığan kombayn işləyir. Bu maşınların köməyi ilə indiyəcən sahələrdən 9 min 200 ton məhsul yığılıb. Pambıqçılar “Aqrolizinq” ASC-nin ölkəyə gətirdiyi və fermerlərə güzəştli şərtlərlə təklif etdiyi “John Deer” şirkətinin “9970” markalı kombaynlarından da istifadə edirlər. Fermerlərin sözlərinə görə, yeni kombaynlar əvvəl istifadə etdikləri maşınlarla müqayisədə asan idarə olunması və yüksək məhsuldarlığı ilə seçilir. Bu texnika vasitəsilə məhsulu daha tez və itkisiz yığmaq olur.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il biləsuvarlı pambıqçılar 12 min hektar sahədə pambıq becəriblər. Ötən il plantasiyalardan 24 min tondan çox məhsul toplayan torpaq mülkiyyətçiləri cari təsərrüfat ilində yüksək əhval-ruhiyyə ilə çalışırlar. Fermerlər becərməni aqrotexniki qaydada apardıqlarından bu il də sahələrdə məhsul boldur. Pambıqçılar yetişdirdikləri məhsulu son qozasınadək toplamaq üçün bütün qüvvələrini sərf edirlər.

Uzun illər pambıq əkini ilə məşğul olan fermer Bəhmən Kazımov ötən il 5,5 hektar sahənin hər hektarından 47,3 sentner məhsul götürərək 26 ton pambıq tədarük edib. Son illər ölkəmizdə pambıqçılığın inkişafına göstərilən hərtərəfli dövlət dəstəyindən yararlanan fermer bu il əkin sahəsini xeyli artırıb.

“Bu mövsüm 15 hektar sahədə pambıq becərmişəm. Sahəmdə məhsul ötən ildəkindən çoxdur. Artıq birinci yığımı başa çatdırmışam, 54 ton pambıq yığmışam. Hələlik hər hektarın məhsuldarlığı 36 sentner olub. İkinci yığımın sonunda məhsuldarlıq ən azı 45 sentnerə çatacaq. Hesablamama görə sahədən 65-70 ton pambıq götürə biləcəyəm”, - deyə məhsul istehsalçısı bildirib.

Fermer onu da qeyd edib ki, pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması və məhsul istehsalçılarına verilən əlavə subsidiyalar onda bu sahəyə marağı daha da artırıb. Bəhmən Kazımov dövlət qayğısından yararlanaraq gələcəkdə əkin sahəsini 25 hektara çatdırmaq niyyətindədir.

Xəbərlər
2019-09-19
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir
ətraflı oxu
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений