AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Çəltikçilikdə müasir texnikalardan istifadə edilməsi fermerlərin işini xeyli asanlaşdırır

Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Fermerlərə tövsiyə”

“Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”na əsasən çəltikçiliyin müasir texnika və texnoloji avadanlıqlarla təminatı yaxşılaşdırılır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılov bildirib.

Onun sözlərinə görə, bu il ölkəmizə Yaponiya və Cənubi Koreya istehsalı olan 30 ədəd çəltik şitili əkən texnika və çəltik yığan kombayn gətirilib. Lənkəran, Astara, Masallı rayonlarında bu texnikalar fermerlər tərəfindən lizinqə götürülərək istifadə olunur və səmərə verir. Çəltikçilikdə müasir texnikalardan istifadə edilməsi fermerlərin əkin-biçin prosesində işlərini xeyli asanlaşdırır.

Hazırda "Aqrolizinq" ASC-nin Şirvan təchizat bazasında çəltikçilik texnikaları var. Çəltikçiliklə məşğul olan fermerlər müraciət edib bu texnikaları lizinq yolu ilə ala bilərlər.

Xəbərlər
2019-09-19
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir
ətraflı oxu
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений