AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


“AQROLIZINQ” RƏSMİSİ: “ÖLKƏYƏ ƏLAVƏ OLARAQ 57 MİN TON GÜBRƏNİN GƏTİRİLMƏSİ NƏZƏRDƏ TUTULUR”

Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Fermerlərə tövsiyə”

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı əsasında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə mineral gübrələrin və pestisidlərin respublikaya gətirilərək kənd təsərrüfatı istehsalçılarına güzəştli şərtlərlə satmaq kimi bir funksiya verilib. “Aqrolizinq” xətti ilə gətirilən mineral gübrələr və pestisidlər hesabına kənd təsərrüfatı istehsalçılarının mineral gübrələrə  olan tələbatı yaxşılaşdırılıb, aqrotexniki  xidmətin dairəsi genişlənib.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Pestisidlər və mineral gübrələrin tədarükü, saxlanması və satışının tənzimlənməsi şöbəsinin müdiri Musa Hüseynovun sözlərinə görə, bu ilin ötən dövrü ərzində cəmiyyət tərəfindən 120 min ton mineral gübrələrin alınması üçün müqavilələr bağlanıb, bu günə kimi mineral gübrələrin 99,8 faizinin respublikaya gətirilməsi təmin olunub.

“Qeyri-neft sektorunun əsasını təşkil edən kənd təsərrüfatının inkişafı, iri taxılçılıq təsərrüfatlarının, Aqroparkların yaradılması, ehtiyatda olan torpaq sahələrinin dövriyyəyə qaytarılması, tütünçülük, baramaçılıq, çəltikçilık, üzümçülük və sair sahələrin inkişafı ilə əlaqədar  Dövlət Proqramlarının icrası ilə bağlı fermerlərin mineral gübrələrə tələbatı da günü-gündən artır. Bu artımı nəzərə alan “Aqrolizinq” tərəfindən yenidən 57 min ton mineral gübrə alınması üçün tender keçirilib və hal-hazırda  gübrələrin alınması proseduru davam edir”.

Musa Hüseynov bildirib ki, kənd təsərrüfatı sahəsində yüksək məhsuldarlıq əldə etmək üçün torpaqların münbitliyinin bərpa olunması fermerlərin daim diqqət mərkəzində olmalıdır: “Fermerlərə  mineral gübrələrdən istifadə etməzdən əvvəl öz əkin sahələrindən götürülmüş  torpaq nümunələrini analizə verməyi tövsiyə edərdik. Torpaqlarda əsas tələb olunan  mineral elementlər - azot, fosfor, kalium və digər mikroelementlərdir. Analizlər bu elementlərdən hanısa daha çox ehtiyac olduğunu müəyyənləşdirir”.

Şöbə müdiri deyib ki, bu gün “Aqrolizinq” tərəfindən ölkəmizə  ən çox tələb olunan ammofos gübrəsi gətirilir: “Bu gübrə bitkilərin həm məhsuldarlığını artırır, həm də onun meyvə, çiçək və tumurcuqlarının inkişafına kömək edir”.

Xəbərlər
2018-10-09
“AQROLİZİNQ” NÜMAYƏNDƏLƏRİ AĞCABƏDİDƏ REGİONUN FERMER VƏ SAHİBKARLARI İLƏ GÖRÜŞ KEÇİRƏCƏKLƏR
ətraflı oxu
2018-09-27
“AQROLIZINQ” RƏSMİSİ: “ÖLKƏYƏ ƏLAVƏ OLARAQ 57 MİN TON GÜBRƏNİN GƏTİRİLMƏSİ NƏZƏRDƏ TUTULUR”
ətraflı oxu
2018-09-25
“AQROLİZİNQ”İN RƏHBƏR HEYƏTİ ŞƏKİDƏ VƏTƏNDAŞLARLA GÖRÜŞ KEÇİRİB
ətraflı oxu
2018-09-19
“AQROLİZİNQ” RƏHBƏRLİYİ ŞƏKİDƏ BÖLGƏNİN FERMER VƏ SAHİBKARLARI İLƏ GÖRÜŞ KEÇİRƏCƏK
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений