AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


“AQROLİZİNQ” RƏHBƏRLİYİ ŞƏKİDƏ BÖLGƏNİN FERMER VƏ SAHİBKARLARI İLƏ GÖRÜŞ KEÇİRƏCƏK

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti regionlarda maarifləndirmə işlərini davam etdirir. Bununla əlaqədar “Aqrolizinq”in rəhbər işçiləri sentyabrın 22-də Şəki şəhərində fermer və sahibkarlarla görüş keçirəcəklər.

Görüş saat 11.00-da Şəki şəhər Mirzə Fətəli Axundzadə adına Mədəniyyət Mərkəzində baş tutacaq. Görüşdə Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarından fermer və sahibkarların iştirakı nəzərdə tutulur. “Aqrolizinq” ASC rəhbərliyi ilə görüşdə iştirak etmək istəyən şəxslər Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinə (+94450 735-35-77) müraciət edə bilərlər.  

Qeyd edək ki, bundan əvvəl “Regionlarda maarifləndirmə və sorğu” layihəsi çərçivəsində Şəmkir, Masallı, Salyan rayonlarında bölgə sakinləri ilə görüşlər təşkil olunub. Görüşlərdə əsas məqsəd “Aqrolizinq” ASC tərəfindən göstərilən xidmətlər və lizinq qaydalarına dair vətəndaşların maarifləndirilməsi, həmçinin mövcud problemlərin dinlənilməsi və onların həll edilməsidir.

Xəbərlər
2018-10-09
“AQROLİZİNQ” NÜMAYƏNDƏLƏRİ AĞCABƏDİDƏ REGİONUN FERMER VƏ SAHİBKARLARI İLƏ GÖRÜŞ KEÇİRƏCƏKLƏR
ətraflı oxu
2018-09-27
“AQROLIZINQ” RƏSMİSİ: “ÖLKƏYƏ ƏLAVƏ OLARAQ 57 MİN TON GÜBRƏNİN GƏTİRİLMƏSİ NƏZƏRDƏ TUTULUR”
ətraflı oxu
2018-09-25
“AQROLİZİNQ”İN RƏHBƏR HEYƏTİ ŞƏKİDƏ VƏTƏNDAŞLARLA GÖRÜŞ KEÇİRİB
ətraflı oxu
2018-09-19
“AQROLİZİNQ” RƏHBƏRLİYİ ŞƏKİDƏ BÖLGƏNİN FERMER VƏ SAHİBKARLARI İLƏ GÖRÜŞ KEÇİRƏCƏK
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений