AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


“AQROLİZİNQ” ASC-NİN NÜMAYƏNDƏ HEYƏTİ SALYANDA FERMERLƏRLƏ GÖRÜŞÜB

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təşkil edilən “Regionlarda maarifləndirmə və sorğu” layihəsi çərçivəsində Salyanda növbəti görüş keçirilib. Görüşə Salyan, Neftçala, Hacıqabul, Saatlı, Sabirabad, Şirvan və İmişli rayonlarında fəaliyyət göstərən fermerlər qatılıblar.

Layihənin əsas məqsədi “Aqrolizinq” ASC-nin fəaliyyəti, o cümlədən texnikaların, texnoloji avadanlıqların, damazlıq heyvanların lizinqə verilməsi şərtləri, mineral gübrə və pestisidlərin satışı qaydaları, aqrotexniki xidmətlər barədə fermerləri məlumatlandırmaq, tətbiq edilən elektron xidmətlər, innovativ yeniliklər barədə vətəndaşların interaktiv tanışlığı və maarifləndirilməsi, vətəndaşlara cəmiyyətin əlçatanlığının və yaxınlığının təmin edilməsi bununla əlaqədar onların problemlərini, müraciət və təkliflərini dinləyərək həll edilməsi istiqamətində addımların atılmasından ibarətdir.

Qeyd edək ki, “Aqrolizinq” ASC kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişafı ilə bağlı yeni texnikalar gətirərək lizinq yolu ilə vətəndaşların istifadəsinə verilməsini həyata keçirməkdədir.

Cəmiyyətin fəaliyyət göstərdiyi 2005-ci il tarixindən etibarən Sabirabad, Saatlı, İmişli,. Salyan, Neftçala, Hacıqabul və Şirvan rayonlarından olan 1392 istifadəçiyə lizinq yolu ilə ümumi dəyəri 103 985 306 manat təşkil edən 4304 ədəd kənd təsərrüfatı texnikası verilib.

Salyanda fermerlərlə keçirilən görüşdə “Aqrolizinq” ASC-nin daxili nəzarət və təhlil şöbəsinin müdiri Elmin Rəhmanov layihənin məqsədi, qurumun məqsəd və hədəfləri mövzusunda, Aqrotexniki xidmətlər və avadanlıqlara texniki qulluğun təşkili şöbəsinin müdiri İsrafil İsmayılov “Kənd təsərrüfatı texnikalarından səmərəli istifadə”, Kənd təsərrüfatı texnika və avadanlıqlarının lizinqi şöbəsinin müdiri İlyas Həsənov “10 illik lizinq və 40% güzəşt”, Pesitisidlər və mineral gübrələrin tədarükü, saxlanması və satışının tənzimlənməsi şöbəsinin müdiri Musa Hüseynov “Bol məhsul əldə etmək üçün mineral gübrə və pestisidlərin əhəmiyyəti, gübrələrin və pestisidlərin güzəşt limitinin hesablanması” mövzusunda çıxış ediblər.

Görüşdə fermerlərlə mövcud problemlər, onların həlli yollarına dair fikir mübadiləsi aparılıb, irəli sürülən təkliflər müzakirə olunub, suvarma sistemləri, mineral gübrələr və tətbiq olunan güzəştlərlə bağlı suallar cavablandırılıb.

“Aqrolizinq” ASC rəsmiləri pambıq yığımı və digər xidmətlər üçün təyin edilmiş qiymət tariflərinin sosial yönümlü olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıblar.

Daha sonra qurumun İnformasiya və elektron xidmətlər şöbəsinin müdiri Ayaz Qədirov “Aqrolizinq” ASC və fermerlər arasındakı münasibətlərin elektronlaşdırılması və elektron hökümət portlalında xidmətlər barədə interaktiv təqdimat edib.

Görüşün sonunda 30 vətəndaşa səyyar xidmət olaraq güzəşt müqavilələri təqdim edilib. Görüşdən sonra iştirakçılar fermer Azər Ağayevin kooperasiya təsərrüfatında görülən işlərlə tanış olublar.  

 

Xəbərlər
2018-11-14
NAZİR İNAM KƏRİMOV TƏRTƏR RAYONUNDA VƏTƏNDAŞLARLA GÖRÜŞƏCƏK
ətraflı oxu
2018-11-14
“AQROLİZİNQ” ASC-NİN NÜMAYƏNDƏLƏRİ XAÇMAZDA REGİONUN FERMER VƏ SAHİBKARLARI İLƏ GÖRÜŞ KEÇİRƏCƏKLƏR
ətraflı oxu
2018-11-12
“AQROLİZINQ” ASC TƏRƏFİNDƏN BU İL ÖLKƏYƏ 138,9 MİN TON MİNERAL GÜBRƏ GƏTİRİLİB
ətraflı oxu
2018-11-12
AYAZ QƏDİROV: “ELEKTRON AQROLİZİNQ SİSTEMİ FERMERLƏRİN İŞİNİ ASANLAŞDIRACAQ”
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений