AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


UCARA GƏTİRİLƏN MACAR CİNSLİ CAMIŞLAR DABAQ XƏSTƏLİYİNƏ QARŞI PEYVƏND EDİLİB

Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə iyunun 19-da “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkəmizə Macarıstan Respublikasından macar cinsli 125 baş (onlardan 122 başı ana, 3 başı isə erkək) camış gətirilib. Gətirilən heyvanlar lizinq yolu ilə Ucar rayonunun Təzə Şilyan kəndində yerləşən Məmmədov Məzahirə məxsus təsərrüfata verilib.

İyulun 20-dən təsərrüfata Ucar Rayon Baytarlıq İdarəsi tərəfindən baytarlıq baxışı keçirilərək karantin qoyulub.

İyulun 24-də isə təsərrüfata gətirilən camışlarda epizootik tədbirlər planına uyğun olaraq dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbiri aparılıb. 125 baş camışda aparılan peyvəndləmə tədbiri Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Ucar rayonuna ezam edilmiş əməkdaşlarının iştirakı ilə aparılıb. Aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” prinsipinə uyğun icra edilib.

Tədbirin sonunda təsərrüfat sahibinə lazımı baytarlıq tövsiyələri verilib.

Qeyd edək ki, iri və xırdabuynuzlu heyvanlar dabaq xəstəliyinə həssasdır. İribuynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı A,O,Asiya-1 tipli polivalent vaksinlə peyvənd aparılır. Peyvənd vasitəsi bir baş qaramala bir doza (2ml) miqdarında boyun nahiyəsinə dərialtına inyeksiya edilir.

Dövlət Baytarlıq Xidməti tərəfindən rayon(şəhər) baytarlıq idarələri profilaktik tədbirlərin aparılması üçün lazımi avadanlıq və biopreparatlarla təmin olunub.

Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkə ərazisində dabaq xəstəliyinə qarşı 2018-ci ilin 6 ayı ərzində 2566041 baş iribuynuzlu, 4819445 baş xırdabuynuzlu heyvanlarda peyvəndləmə aparılıb və epizootik sabitlik qorunub saxlanılıb.

 

Xəbərlər
2018-10-09
“AQROLİZİNQ” NÜMAYƏNDƏLƏRİ AĞCABƏDİDƏ REGİONUN FERMER VƏ SAHİBKARLARI İLƏ GÖRÜŞ KEÇİRƏCƏKLƏR
ətraflı oxu
2018-09-27
“AQROLIZINQ” RƏSMİSİ: “ÖLKƏYƏ ƏLAVƏ OLARAQ 57 MİN TON GÜBRƏNİN GƏTİRİLMƏSİ NƏZƏRDƏ TUTULUR”
ətraflı oxu
2018-09-25
“AQROLİZİNQ”İN RƏHBƏR HEYƏTİ ŞƏKİDƏ VƏTƏNDAŞLARLA GÖRÜŞ KEÇİRİB
ətraflı oxu
2018-09-19
“AQROLİZİNQ” RƏHBƏRLİYİ ŞƏKİDƏ BÖLGƏNİN FERMER VƏ SAHİBKARLARI İLƏ GÖRÜŞ KEÇİRƏCƏK
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений