AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


NAZİR İNAM KƏRİMOV ŞAMAXIDA VƏTƏNDAŞLARI QƏBUL EDİB

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.

Kənd təsərrüfatı naziri İnam Kərimov iyulun 20-də Şamaxı rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Qəbələ, İsmayıllı, Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir İnam Kərimov və rayon icra hakimiyyətinin başçısı Asif Ağayev ümummilli lider Heydər Əliyevin icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Nazir İnam Kərimov daha sonra vətəndaşları qəbul edib. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 60 vətəndaşın müraciətinə baxılıb.

Qəbula gələn vətəndaşların müraciətləri əsasən fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı olub.

Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Nazir vətəndaşlarla görüş zamanı dövlətimizin başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı son dövrlərdə imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Xəbərlər
2018-12-05
“AQROLİZİNQ” ASC-NİN RƏHBƏR HEYƏTİ ŞAMAXIDA VƏTƏNDAŞLARLA GÖRÜŞ KEÇİRİB
ətraflı oxu
2018-11-27
AQROLİZİNQ” ASC-NİN NÜMAYƏNDƏLƏRİ ŞAMAXIDA REGİONUN FERMER VƏ SAHİBKARLARI İLƏ GÖRÜŞ KEÇİRƏCƏKLƏR
ətraflı oxu
2018-11-26
NAZİR İNAM KƏRİMOV TƏRTƏRDƏ VƏTƏNDAŞLARI QƏBUL EDİB
ətraflı oxu
2018-11-26
NAZİR MÜAVİNİ İLHAM QULİYEV: “FERMERLƏRİN GÜBRƏ İLƏ TƏMİNATINDA ÖZƏL ŞİRKƏTLƏRİN ROLUNA BÖYÜK ÖNƏM VERİRİK”
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений