AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


NAZİR İNAM KƏRİMOV ŞƏKİ ŞƏHƏRİNDƏ VƏTƏNDAŞLARLA GÖRÜŞÜB

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görürlər.

Kənd təsərrüfatı naziri İnam Kərimov iyunun 22-də Şəki Şəhər Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Qax, Şəki, Zaqatala, Oğuz və Balakəndən olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir İnam Kərimov və şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyublar.

İnam Kərimov daha sonra vətəndaşları qəbul edib. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 70-dən artıq vətəndaşın müraciətinə baxılıb.

Qəbula gələn vətəndaşlar əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Nazir vətəndaşlarla görüş zamanı dövlətimizin başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı son dövrlərdə imzaladığı sərəncam və qərarların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Xəbərlər
2018-06-22
NAZİR İNAM KƏRİMOV ŞƏKİ ŞƏHƏRİNDƏ VƏTƏNDAŞLARLA GÖRÜŞÜB
ətraflı oxu
2018-06-22
“AQROLİZİNQ” ASC-NİN İDARƏ HEYƏTİNİN SƏDRI: TAXIL BİÇİNİNDƏ NÖVBƏLİLİK PRİNSİPİNƏ ƏMƏL OLUNMALIDIR
ətraflı oxu
2018-06-07
“AQROLİZİNQ” ASC-NİN SƏDRİ: TAXIL BİÇİNİNDƏ ÇEVİKLİK VƏ OPERATİVLİK TƏMİN EDİLMƏLİDİR
ətraflı oxu
2018-06-04
SEYMUR MÖVLAYEV: TAM İTKİSİZ BİÇİNƏ NAİL OLUNACAQ
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений