AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


GÜBRƏLƏRƏ TƏTBİQ EDİLƏN 70% GÜZƏŞTİN HƏDDİ ARTIRILDI.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”na dəyişikliklər edilməsi haqqında 17 aprel 2018-ci il Qərarına əsasən hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına satılan mineral gübrələrin, pestisidlərin və ölkədə sənaye üsulu ilə istehsal edilmiş biohumusun qiymətinə 70 faiz güzəşt tətbiq edilməklə, hər hektar genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinə və çoxillik əkmələrə görə mineral gübrələrin və biohumusun satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddi 150 manat, pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddi 50 manat məbləğində müəyyən edilmişdir.

Belə ki, bütün növ mineral gübrələrə tətbiq olunan güzəştin yuxarı həddi 1 hektar əkin sahəsi üçün 150 AZN, pesdisidlərə tətbiq olunan güzəştin 1 hektar əkin sahəsi üçün 50 AZN müəyyən olunur.

Fermerlərə güzəştin yuxarı həddini keçməməsi şərtilə təqdim etdiyi əkin sahəsinə uyğun olaraq qeyd olunan gübrələrin və ya pesdisidlərin bütövlükdə birindən və ya hər birindən hissə-hissə olmaqla əldə edə bilər.

Həmçinin, hər bir fermer müvafiq qanunvericiliyə uyğun olaraq güzəştli normadan istifadə etdikdən sonra 100 % dəyərini ödəməklə mineral gübrə və pesdisid əldə edə bilər.

Xəbərlər
2019-12-16
Şəkidə fermerlərə müasir becərmə texnologiyası nümayiş olunub
ətraflı oxu
2019-12-06
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb - FOTO
ətraflı oxu
2019-11-25
Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-25
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений