AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Sampo SR-2065 markalı taxılyığan kombaynlara düzgün texniki xidmətin göstərilməsinə dair təlim təşkil olunub

Bu gün 1 may, 2018-ci il tarixində “Aqrolizinq” ASC Yevlax RN-nin nəzdində fəaliyyət göstərən təlim-tədris mərkəzində, taxılyığan kombaynları idarə edəcək operatorlar (mexanizatorlar) üçün,  Sampo SR-2065 markalı taxılyığan kombaynlara düzgün texniki xidmətin göstərilməsi, onların üzərində nizamlama işlərinin, qaydalarının və istismar zamanı baş verə biləcək nasazlığın aradan qaldırılması mövzusunda kurs təşkil edilmişdir.

Təlim istehsalçı zavoddan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislər  və “Aqrolizinq” ASC-nin nümayəndə heyəti tərəfindən video görüntülü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada tədris olunur. Kursun sonunda hər bir operatora (mexanizatora) sertifikat təqdim ediləcəkdir. Təlim qrup sayından asılı olaraq 3 gün davam edəcəkdir  .

Kursa yazılmaq üçün 994 51 255 92 63 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz (Novruzov Maqsud  Texniki xidmət işlərinin təşkili sektorunun mütəxəssisi)

 

Xəbərlər
2018-11-14
NAZİR İNAM KƏRİMOV TƏRTƏR RAYONUNDA VƏTƏNDAŞLARLA GÖRÜŞƏCƏK
ətraflı oxu
2018-11-14
“AQROLİZİNQ” ASC-NİN NÜMAYƏNDƏLƏRİ XAÇMAZDA REGİONUN FERMER VƏ SAHİBKARLARI İLƏ GÖRÜŞ KEÇİRƏCƏKLƏR
ətraflı oxu
2018-11-12
“AQROLİZINQ” ASC TƏRƏFİNDƏN BU İL ÖLKƏYƏ 138,9 MİN TON MİNERAL GÜBRƏ GƏTİRİLİB
ətraflı oxu
2018-11-12
AYAZ QƏDİROV: “ELEKTRON AQROLİZİNQ SİSTEMİ FERMERLƏRİN İŞİNİ ASANLAŞDIRACAQ”
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений