AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


CƏNAB NAZİR KƏND TƏSƏRRÜFATI NAZIRLIYININ BIR SIRA MÜƏSSISƏLƏRININ FƏALIYYƏTI ILƏ TANIŞ OLUB

26 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov “Baytarlıq şəhəriciyi”, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin inzibati laboratoriya binası ilə tanış olub.

            

Nazir əvvəlcə “Baytarlıq şəhərciyi”ndə yerləşən nazirliyin Aqrar Elm və İnformasiya Mərkəzi, Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Kənd Təsərrüfatı Muzeyi, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) inzibati binasında olub və nazirə fəaliyyət sahələri barədə ətraflı məlumat verilib.

 

            

Daha sonra nazir Dövlət Fitosanitar Nəzarəti Xidmətinin inzibati laboratoriya binasında olub. İnam Kərimov əvvəlcə Dövlət Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət və Respublika Karantin Ekspertiza Mərkəzlərinin laboratoriyalarında yaradılan şəraitlə yaxından tanış olub.

 

              
Nazirə Respublika Karantin Ekspertiza Mərkəzinin tərkibində Entomologiya, Fitopatologiya, Virusologiya, Fitohelmintologiya, Herbologiya və Molekulyar diaqnostika, Dənin keyfiyyət göstəricilərinin təyini laboratoriyalarının, Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin tərkibində isə pestisidlərin, nitrat və nitritlərin qalıq miqdarının və ağır metalların təyini, həmçinin digər laboratoriyaların fəaliyyət göstərdiyi barədə məlumat verilib.

 

İnam Kərimov daha sonra Dövlət Xidmətinin Vahid Avtomatlaşdırılmış İnformasiya Sistemləri (VAİS) və burada görülən işlərlə yaxından tanış olub və ona idxal-ixrac prosesində “bir pəncərə” prinsipi, xidmətin elektronlaşdırılması sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.

Xəbərlər
2018-08-21
PAMBIQYIĞAN KOMBAYNLARI İDARƏ EDƏCƏK 160 MEXANİZATORA SERTİFİKAT TƏQDİM OLUNUB
ətraflı oxu
2018-08-17
“AQROLİZİNQ”İN RƏHBƏR İŞÇİLƏRİ MASALLIDA CƏNUB BÖLGƏSININ SAKINLƏRİ İLƏ GÖRÜŞ KEÇİRƏCƏK
ətraflı oxu
2018-08-16
SALYANDA PAMBIQÇILIĞIN İNKİŞAFI MƏSƏLƏLƏRİNƏ DAİR RESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLİB
ətraflı oxu
2018-08-14
“AQROLİZİNQ” HACIQABULDA PAMBIQ SAHƏSİNDƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI MÜBARİZƏYƏ DAİR MONİTORİNQ KEÇİRİB
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений