AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


NAZİR HEYDƏR ƏSƏDOV APRELİN 7-DƏ AĞSTAFA, QAZAX, TOVUZ, ŞƏMKİR VƏ GƏDƏBƏY RAYONLARINDAN OLAN VƏTƏNDAŞLARI QƏBUL EDİB

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.

Kənd təsərrüfatı naziri Heydər Əsədov aprelin 7-də Ağstafa Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir Heydər Əsədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyub. Sonra isə Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında yaradılan şəraitlə tanış olub, ən müasir avadanlıqlarla təchiz olunmuş baytarlıq laboratoriyasına baxış keçirib.

Qəbula gələn vətəndaşlar əsasən suvarma suyu, texnika və işlə təminat, fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, torpaq mübahisəsinin həll olunması və cins mal-qaranın alınmasına köməklik göstərilməsi ilə bağlı müraciətlər ediblər.


Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Sonra kənd təsərrüfatı nazir Heydər Əsədov Ağstafa rayonunda “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüşüb.

Tədbirdə Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gədəbəy və digər ətraf rayonlardan olan 86 istifadəçiyə lizinq yolu ilə verilmiş, ümumilikdə, 2 milyon 774 min 787 manat məbləğində 148 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 1 milyon 84 min 337 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən, tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılıb, o cümlədən güzəşt tətbiq edildikdən sonra 22 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilib və Baş Dövlət Texniki Nəzarət 
Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınıb. Müvafiq sənədlər vətəndaşlara təqdim olunub.

Eyni zamanda, “Aqrolizinq” ASC əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.

İndiyədək “Aqrolizinq” ASC-dən ölkə üzrə 7405 istifadəçinin lizinqə götürdüyü 16 min 334 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına, ümumilikdə, 109 milyon 546 min 73 manat məbləğində güzəşt tətbiq olunub.

Həmin gün Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin təşkil etdiyi səyyar xidmət zamanı Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəydən olan 100 mexanizatora traktor və digər kənd təsərrüfatı texnikasını idarə etmək üçün sürücülük vəsiqələri də verilib.

 

 

 

 

 

 

 

Xəbərlər
2017-09-07
YENİ PAMBIQYIĞAN KOMBAYNLARIN TƏQDİMATINA DAİR TƏDBİR KEÇİRİLMİŞDIR
ətraflı oxu
2017-08-28
KƏND TƏSƏRRÜFATI NAZİRİ ŞƏMKİRDƏ VƏTƏNDAŞLARI QƏBUL EDİB
ətraflı oxu
2017-07-17
NAZİR HEYDƏR ƏSƏDOV ŞAMAXI RAYONUNDA QƏBƏLƏ, İSMAYILLI, ŞAMAXI VƏ QOBUSTAN RAYONLARININ SAKİNLƏRİ İLƏ GÖRÜŞÜB
ətraflı oxu
2017-06-12
NAZİR HEYDƏR ƏSƏDOV YEVLAX ŞƏHƏRİNDƏ YEVLAX, GORANBOY, GÖYGÖL, SAMUX VƏ DAŞKƏSƏN RAYONLARININ SAKİNLƏRİ İLƏ GÖRÜŞÜB
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений