AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


SABİRABADDA “PAMBIQ ƏKİLƏCƏK SAHƏLƏRDƏ AQROTEXNİKİ TƏDBİRLƏRİN VAXTINDA VƏ KEYFİYYƏTLİ APARILMASININ ÜSTÜNLÜKLƏRİ” MÖVZUSUNDA RESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLİB

Yanvarın 26-da Sabirabadda Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “Pambıq əkiləcək sahələrdə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətli aparılmasının üstünlükləri” mövzusunda respublika müşavirəsi keçirilmişdir.

Tədbirdə nazirliyin müvafiq struktur rəhbərləri, “Aqrolizinq” ASC-nin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun, Azərbaycan Dövlət Aqrar Universitetinin, rayonların icra hakimiyyəti orqanlarının, iri pambıqçılıq şirkətlərinin nümayəndələri, eləcə də 300-dən çox pambıqçı fermer və sahibkar iştirak edib.

Müşavirəni Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq, rayonun kənd təsərrüfatı, o cümlədən pambıq istehsalı sahəsində böyük potensiala və ənənəyə malik olduğunu qeyd edib, aqrar sahədə mövcud vəziyyət, əldə edilən nailiyyətlər və problemlər barədə məlumat verib.

“Azərbaycanda pambıqçılığın inkişafı: hədəflər və perspektivlər” mövzusunda çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bu sahənin dirçəldilməsi ilə bağlı ötən il mühüm addımlar atıldığını bildirib. Vurğulayıb ki, 2015-ci ildə cəmi 18,6 min hektarda pambıq əkilmiş, 35 min ton məhsul istehsal edilmişdisə, 2016-cı ildə əkin sahələri 52 min hektara çatdırılıb, 90 min tona yaxın məhsul yığılıb.


Nazir müavini bu il də pambıqçılıqla əlaqədar mühüm işlərin görüləcəyini qeyd edib. O, pambıqçılığın inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramının hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, cari mövsümdə 27 rayonda 120 min hektar sahədə pambıq əkini nəzərdə tutulur.

Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Pambıq əkinləri üçün ayrılmış torpaq sahələrində dondurma şumu və arat suvarmanın aqrotexniki əhəmiyyəti”, Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşı Nizami Seyidəliyev “Pambıq əkinində aqrotexniki əməliyyatların düzgün təşkili” mövzularında geniş bilgilər veriblər.

“MKT İstehsalat Kommersiya” MMC Baş direktorunun vəzifəsini icra edən Eldəniz Quliyev, “CTS-AGRO” MMC-nin Baş direktor əvəzi Arif İbrahimov torpaq mülkiyyətçiləri ilə pambıq istehsalına dair bağlanılmış müqavilələrə uyğun olaraq şirkətlərin yerli filialları tərəfindən pambıq əkinlərinə hazırlığ işlərinin gedişatı barədə tədbir iştirakçılarına məlumat verdilər.

Sonra pambıqçılığın inkişaf perspektivləri haqqında müzakirələr aparılıb, intensiv texnologiyalar,
 xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri, məhsuldar yeni sortların üstünlükləri barədə fermerləri maraqlandıran suallara ətraflı cavablar verilib.

Pambıq əkinləri üçün dondurma şumu və aratın aparılması tarla şəraitində fermerlərə nümayiş etdirilib.

Xəbərlər
2019-09-19
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir
ətraflı oxu
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений