AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


«Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətin İri buynuzlu cins damazlıq heyvanların satın alınmasının AÇIQ TENDER elanı

Tenderin predmeti:

Lot-1 – “2000 baş Holştin-friz cinsli damazlıq heyvanların satınalınması”

Lot-2 – “5000 baş Simmental cinsli damazlıq heyvanların satınalınması”

Tender iştirakçılarına təklif edilir ki, «Dövlət Satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı sürətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, müqavilənin yerinə yetirilmə müddəti və şərtlər toplusunda digər qiymətləndirmə üçün  tələb olunan tələblərə uygunluq.

“Aqrolizinq” ASC qarşısında yerinə yetirilməmiş öhdəliyi olan şirkətlər bu tenderdə iştirak edə bilməzlər.

Maraqlananlar tenderlə əlaqədar əlavə məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Abdullayeva Vəfa Hikmət qızı

Tel:/Faks: 425-66-94; mobil: +99455 616-77-61 E-mail: agro.satinalmalar@gmail.com

Ünvan: Bakı şəhəri, Bakıxanov qəsəbəsi, BBünyadov küçəsi, 12

Tenderin əsas şərtlər toplusu Azərbaycan Respublikasının dövlət dilində tərtib olunur. Zərurət olduqda beynəlxalq ticarətdə istifadə edilən dillərin birinə tərcümə olunacaqdır. Maraqlananlar əsas şərtlər toplusunu Lot 1 üzrə 500 manat və Lot-2 üzrə 1000 manat məbləğində iştirak haqqını ödədikdən sonra yuxarıda göstərilən ünvandan ala bilərlər.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürə bilərlər:

Təşkilat: «Aqrolizinq» ASC

VÖEN: 1700382471;

Ş/HESABI:   AZ91AIIB38070019443500231102 AZN

Kapital Bank ASC-nin Mərkəz filialı

Kod:  200026; 

Vöen: 9900003611

M/H:  AZ37NABZ01350100000000001944;            

S.W.I.F.T.:  AIIBAZ2X

İştirak  haqqı  heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün 06 fevral 2017-ci il tarixinə kimi aşağıdakı sənədləri (tender təklifi və 2% bank təminatı istisna olmaqla) təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət.

- iştirak haqqının ödənilməsi barədə sənəd;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının vergilər üzrə borcunun olmaması barədə vergi orqanları tərəfindən təsdiq olunmuş sənəd;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə, rekvizitləri və maddi-texniki bazası barədə məlumat;

Bundan əlavə Tender təklifi və bank təminatı möhürlənmiş bağlı zərflərdə 15 fevral 2017-ci il, saat 1700-a qədər təqdim olunmalıdır.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır. Tender təklifi dəyərinin 2% həcmində bank təminatı verilməlidir. Bank təminatı tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü müddətində güvvədə olmalıdır.

Bank təminatını və tender təklifini bağlı zərfdə təqdim etməyən iddiaçıların təklifi etibarsız sayılır.

Bağlı zərflər 16 fevral 2017-ci il tarixdə saat 1500-da iddiaçının özünün və ya etibarnaməsi əsasında onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 12 ünvanında yerləşən «Aqrolizinq» ASC-nin konfrans zalında açılacaqdır.

 

Tender  komissiyası

 

Xəbərlər
2017-09-25
NAZİR HEYDƏR ƏSƏDOV SALYAN RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİB
ətraflı oxu
2017-09-07
YENİ PAMBIQYIĞAN KOMBAYNLARIN TƏQDİMATINA DAİR TƏDBİR KEÇİRİLMİŞDIR
ətraflı oxu
2017-08-28
KƏND TƏSƏRRÜFATI NAZİRİ ŞƏMKİRDƏ VƏTƏNDAŞLARI QƏBUL EDİB
ətraflı oxu
2017-07-17
NAZİR HEYDƏR ƏSƏDOV ŞAMAXI RAYONUNDA QƏBƏLƏ, İSMAYILLI, ŞAMAXI VƏ QOBUSTAN RAYONLARININ SAKİNLƏRİ İLƏ GÖRÜŞÜB
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений