AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


NAZİR HEYDƏR ƏSƏDOV QOBUSTAN RAYONUNDA KƏND TƏSƏRRÜFATI İDARƏSİNİN İNZİBATİ BİNASINDA QƏBƏLƏ, İSMAYILLI, ŞAMAXI, QOBUSTAN VƏ ABŞERON RAYONLARINDAN OLAN VƏTƏNDAŞLARI QƏBUL EDİB

Qəbuldan öncə nazir Heydər Əsədov ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib.

Sonra nazir Heydər Əsədov Qobustan rayon kənd təsərrüfatı idarəsinin inzibati binasında “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüşüb.  

Tədbirdə Şamaxı, Qobustan, Ağsu, İsmayıllı və Kürdəmir rayonlarından olan 68 istifadəçiyə 109 ədəd müxtəlif kənd təsərrüfatı texnikası lizinq yolu ilə verilib və ümumilikdə 1 591 255 manat məbləğində olan bu texnikaya görə vətəndaşlara 579 426,80 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılıb, o cümlədən güzəşt tətbiq edildikdən sonra 24 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilib və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınıb. Müvafiq sənədlər vətəndaşlara təqdim edilib. Eyni zamanda, “Aqrolizinq” ASC əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.  

Qeyd edək ki, indiyədək “Aqrolizinq” ASC-dən ölkə üzrə 6743 istifadəçinin lizinqə götürdüyü 15 463 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına ümumilikdə 87 365 073 manat məbləğində güzəşt tətbiq edilib.

Sonra bir qrup mexanizatora Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən traktor və digər mexaniki nəqliyyat vasitələrinin idarə etmək üçün sürücülük vəsiqəsi verilib.

Daha sonra nazir Heydər Əsədov Kürdəmir, Ucar, Göyçay, Ağsu və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30 nəfərin müraciətinə baxılıb.

Müraciətlər əsasən ixtisasa görə işlə təminat, torpaqların təyinatının dəyişdirilməsi, cins mal-qaranın alınması, subsidiyaların verilməsi, texniki təminat və digər məsələlərlə bağlı olub. 

Nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.


Nazir Heydər Əsədov vətəndaşlarla görüş zamanı dövlətimizin başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı son dövrlərdə imzaladığı sərəncam və qərarların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdı- rılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Qəbula gələn vətəndaşlar onlar üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

 

 

Xəbərlər
2017-04-12
MEXANİZATORLARIN NƏZƏRİNƏ
ətraflı oxu
2017-04-10
NAZİR HEYDƏR ƏSƏDOV APRELİN 7-DƏ AĞSTAFA, QAZAX, TOVUZ, ŞƏMKİR VƏ GƏDƏBƏY RAYONLARINDAN OLAN VƏTƏNDAŞLARI QƏBUL EDİB
ətraflı oxu
2017-04-07
ŞİRVAN ŞƏHƏRİNDƏ PAMBIQÇILIĞIN İNKİŞAF ETDİRİLMƏSİ İLƏ ƏLAQƏDAR ALINAN YENİ KƏND TƏSƏRRÜFATI TEXNİKALARININ SƏRGİ-TƏQDİMATI OLUB
ətraflı oxu
2017-03-30
MEXANİZATORLAR ÜÇÜN PULSUZ TƏLİM KURSLARI KEÇİRİLİR
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений