AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


NAZİR HEYDƏR ƏSƏDOV ZƏRDAB ŞƏHƏRİNDƏKİ KƏND TƏSƏRRÜFATI İDARƏSİNİN İNZİBATİ BİNASINDA KÜRDƏMİR, UCAR, GÖYÇAY, AĞSU VƏ ZƏRDAB RAYONLARINDAN OLAN VƏTƏNDAŞLARI QƏBUL EDİB

Qəbuldan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin Zərdab Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının açılışı olub.

Nazir Heydər Əsədov öncə ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib.

Sonra kənd təsərrüfatı naziri və tədbir iştirakçıları inzibati binada yaradılan şəraitlə tanış olub, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin ən müasir avadanlıqlarla təmin olunmuş laboratoriyasına,

 

Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti xidmətlərinin yerli qurumlarının, Dövlət Texniki Nəzarət Müfəttişliyinin, regional aqrokimya nümayəndə- liyinin iş otaqlarına, bitkiçilik və heyvandarlıq sektorlarına baxıblar.


Sonra Rayon Bitki Mühafizə Mərkəzində rayonun fitosanitar vəziyyətinə dair, Heyvandarlıq və Birkiçilik şöbəsində isə müvafiq sahələrə dair təqdimatlar olub. 


Nazir Heydər Əsədov həmçinin “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb.
Tədbirdə Zərdab, Kürdəmir, Ucar, Göyçay, Ağdaş və digər ətraf rayonlardan olan 88 istifadəçiyə 136 ədəd müxtəlif kənd təsərrüfatı texnikası lizinq yolu ilə verilib və ümumilikdə 2 378 226,84 manat məbləğində olan 



bu texnikaya görə vətəndaşlara 891 836,99 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılıb. O cümlədən güzəşt tətbiq edildikdən sonra 45 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin

 

mülkiyyətinə verilib və onlar Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınıb. Müvafiq sənədlər vətəndaşlara təqdim edilib. Eyni zamanda, “Aqrolizinq” ASC əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.  


İndiyədək “Aqrolizinq” ASC-dən ölkə üzrə 6571 istifadəçinin lizinqə götürdüyü 14 478 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına ümumilikdə 77 749 580 manat məbləğində güzəşt tətbiq edilib.


Sonra bir qrup mexanizatora Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən traktor və digər mexaniki nəqliyyat vasitələrinin idarə etmək üçün sürücülük vəsiqəsi verilib və köhnə vəsiqələr isə yeniləri ilə əvəzlənib.


Daha sonra nazir Heydər Əsədov Zərdab rayon kənd təsərrüfatı idarəsinin inzibati binasında Kürdəmir, Ucar, Göyçay, Ağsu və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 25 nəfərin müraciətinə baxılıb.


Qəbula gələn vətəndaşlar əsasən texnika və işlə təminat, kreditlərin verilməsi, torpağın icarəyə götürülməsi və s. məsələlərlə bağlı müraciətlər ediblər.
Nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.


Nazir Heydər Əsədov vətəndaşlarla görüş zamanı dövlətimizin başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı son dövrlərdə imzaladığı sərəncam və qərarların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.



Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Qəbula gələn vətəndaşlar onlar üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Xəbərlər
2017-07-17
NAZİR HEYDƏR ƏSƏDOV ŞAMAXI RAYONUNDA QƏBƏLƏ, İSMAYILLI, ŞAMAXI VƏ QOBUSTAN RAYONLARININ SAKİNLƏRİ İLƏ GÖRÜŞÜB
ətraflı oxu
2017-06-12
NAZİR HEYDƏR ƏSƏDOV YEVLAX ŞƏHƏRİNDƏ YEVLAX, GORANBOY, GÖYGÖL, SAMUX VƏ DAŞKƏSƏN RAYONLARININ SAKİNLƏRİ İLƏ GÖRÜŞÜB
ətraflı oxu
2017-04-12
MEXANİZATORLARIN NƏZƏRİNƏ
ətraflı oxu
2017-04-10
NAZİR HEYDƏR ƏSƏDOV APRELİN 7-DƏ AĞSTAFA, QAZAX, TOVUZ, ŞƏMKİR VƏ GƏDƏBƏY RAYONLARINDAN OLAN VƏTƏNDAŞLARI QƏBUL EDİB
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений