AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


NAZİR HEYDƏR ƏSƏDOV SAATLI ŞƏHƏRİNDƏKİ KƏND TƏSƏRRÜFATI İDARƏSİNİN İNZİBATİ BİNASINDA SABİRABAD, HACIQABUL, SAATLI, SALYAN VƏ NEFTÇALA RAYONLARINDAN OLAN VƏTƏNDAŞLARI QƏBUL EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgədə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şıkayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.

Kənd təsərrüfatı naziri Heydər Əsədov sentyabrın 30-da Saatlı şəhərindəki kənd təsərrüfatı idarəsinin inzibati binasında Sabirabad, Hacıqabul, Saatlı, Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30 nəfərin müraciətinə baxılıb.

Qəbula gələn vətəndaşlar əsasən texnika və işlə təminat, pambıq əkininə və yığımına texniki dəstək göstərilməsi, kreditlərin verilməsi, torpaq mübahisəsinin həll olunması və s. məsələlərlə bağlı müraciətlər ediblər.

Nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Heydər Əsədov vətəndaşlarla görüş zamanı dövlətimizin başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı son dövrlərdə imzaladığı sərəncam və qərarların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Qəbula gələn vətəndaşlar onlar üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıq- larını bildiriblər.

Sonra nazir Heydər Əsədov “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüşüb.

Görüşdə Saatlı, Sabirabad, İmişli və Hacıqabul rayonlarından olan 57 istifadəçiyə lizinq yolu ilə 87 ədəd müxtəlif kənd təsərrüfatı texnikası verilib. Ümumilikdə 1 milyon 110 min 444 manat məbləğində olan bu texnikalara görə vətəndaşlara 410 min 250 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılıb. Güzəşt tətbiq edildikdən sonra 29 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilib. Texnikalar Baş 
Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınıb və vətəndaşlara müvafiq sənədlər təqdim edilib. Eyni zamanda, “Aqrolizinq” ASC-nin əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.

İndiyədək “Aqrolizinq” ASC-dən ölkə üzrə 6225 istifadəçinin lizinqə götürdüyü 13 min 746 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına, ümumilikdə, 73 milyon 492 min 314 manat məbləğində güzəşt tətbiq olunub.

Daha sonra bir qrup mexanizatora Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən traktor və digər mexaniki nəqliyyat vasitələrinin idarə etmək üçün sürücülük vəsiqəsi verilib və köhnə vəsiqələr isə yeniləri ilə əvəzlənib.

Xəbərlər
2019-09-19
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir
ətraflı oxu
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений