AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


SABİRABADDA PAMBIQÇILIQDA İSTİFADƏ OLUNAN YENİ TEXNİKALAR TƏQDİM EDİLİB

Sentyabrın 23-də Sabirabad rayonunda pambıqçılıqda istifadə edilən yeni kənd təsərrüfatı texnikalarının təqdimat mərasimi keçirilib. Mərasimdə kənd təsərrüfatı naziri, Nazirliyin müvafiq qurumlarının rəhbər və əməkdaşları, pambııqçı fermerlər, alimlər, kənd təsərrüfatı mütəxəssisləri, MKT istehsalat kommersiya şirkətinin rəhbərliyi iştirak edib. 

Nazir Heydər Əsədov Prezident İlham Əliyevin respublikamızda qeyri-neft sektorunun, kənd təsərrüfatının 
ənənəvi sahələrindən olan pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və imzaladığı sərəncamlardan, o cümlədən sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə həsr olunmuş respublika müşavirəsindən irəli gələn məsələlərdən danışıb.

 

Prezidentin sentyabrın 22-də imzaladığı yeni sərəncam barədə məlumat verən nazir bildirib ki, bu sərəncam ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcək. Nazir vurğulayıb ki, artıq subsidiyalar əkin sahəsinə görə deyil, əldə olunan məhsula görə veriləcək ki, bu da son nəticədə məhsuldarlığın artmasına səbəb olacaq.


Nazir, həmçinin “Aqrolizinq” ASC xətti ilə ölkəyə gətirilən yeni texnika və məhsuldarlığın artırılması məqsədilə tətbiq olunan mütərəqqi texnologiya barədə geniş məlumat verib. Pambıqçılıqda istifadə edilməsi məqsədilə 1591 ədəd kənd təsərrüfatı texnikasının gətirildiyini bildirən nazir bu prosesin davam etdiriləcəyini vurğulayıb. Nazir qeyd edib ki, oktyabr ayının 15-nə kimi Azərbaycana yeni pambıqyığan kombaynlar gətirilərək fermerlərin istifadəsinə veriləcək. Bu kombaynlar əsasən John Deere şirkətinin istehsal etdiyi ən müasir texnikalardır. 

Nazir Heydər Əsədov pambıq toxumçuluğunun elmi əsaslarla yenidən qurulması, bu sahəyə diqqətin artırılması barədə də tədbir iştirakçılarına məlumat verib.


Təqdimat mərasimində çıxış edən fermerlər, təsərrüfat rəhbərləri Prezident İlham Əliyevin aqrar sektorun inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələri, imzaladığı sərəncamları, o cümlədən Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını yüksək qiymətləndir- diklərini bildirərək, bu sərəncamın pambıqçılığın inkişafına təkan verəcəyini vurğulayaraq, ölkədə sahibkarlığın inkişafına göstərdiyi qayğıya görə ölkə başçısına minnətdarlıq ediblər.

Sonra rayonun Xəlifəli kəndində pambıq sahələrinə baxış keçirilib, yeni alınan kombaynların yığım prosesi ilə tanış olub.   

Xəbərlər
2019-09-19
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir
ətraflı oxu
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений