AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


SİYƏZƏN RAYONUNDA KƏND TƏSƏRRÜFATI İDARƏSİNİN YENİ İNZİBATİ BİNASI İSTİFADƏYƏ VERİLİB

Avqustun 19-da Siyəzən rayonunda kənd təsərrüfatı idarəsi üçün inşa edilmiş yeni inzibati bina istifadəyə verilib .

Bu münasibətlə keçirilən mərasimdə Kənd Təsərrüfatı Nazirliyinin və rayon icra hakimiyyətinin rəhbər işçiləri, kənd təsərrüfatı üzrə mütəxəssislər və fermerlər iştirak ediblər.

Siyəzən rayonunda kənd təsərrüfatı naziri Heydər Əsədov və rayon icra hakimiyyətinin başçısı Asif Hüseynov inzibati binada yaradılan şəraitlə tanış olub, rayon Baytarlıq İdarəsinə, Dövlət Toxum Müfəttişliyinin diaqnostik kabinetinə, Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti xidmətlərinin yerli qurumlarının iş otaqlarına, bitkiçilik və heyvandarlıq sektorlarına baxıblar.

 Mərasimdə Prezident İlham Əliyevin rəhbərliyi ilə son zamanlar kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, qəbul olunan qərar və sərəncamlar, 

hüquqi və fiziki şəxslərə verilən texnikaların ilkin dəyərinə 40 faiz güzəşt tətbiq edilməsi, gübrələrin, o cümlədən Avropanın ən inkişaf etmiş ölkələrinin texnika və texnoloji avadanlıqlarının ölkəmizə gətirilərək, fermerlərə güzəştli şərtlərlə verilməsi barədə danışılıb, həmçinin aqrar sahədə reallaşdırılan institutsional islahatlar haqqında məlumat verilib.

 Siyəzəndə kənd təsərrüfatı idarəsinin inzibati binasının açılışından əvvəl nazir Heydər Əsədov və Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad ediblər.

 Sonra tədbir iştirakçıları inzibati binada yaradılan şəraitlə tanış olublar. 

Nazir Heydər Əsədov yeni inzibati binada nazirliyin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən mexanizatorlara sürücülük vəsiqəsinin elektron qaydada verilməsi prosesi ilə maraqlanıb.

  Daha sonra nazir Heydər Əsədov Siyəzən rayonunda “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüşüb.

 Tədbirdə Siyəzən, Quba, Qusar, Xaçmaz, Xızı və Şabran rayonlarından 74 istifadəçiyə 150 ədəd müxtəlif kənd təsərrüfatı texnikası lizinq yolu ilə verilib və ümumilikdə 2 192 332 manat məbləğində olan bu texnikaya görə vətəndaşlara 811 358,40 manat məbləğində 

güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılıb. O cümlədən güzəşt tətbiq edildikdən sonra 52 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilib və onlar Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınıb. Müvafiq sənədlər vətəndaşlara təqdim edilib. Eyni zamanda, “Aqrolizinq” ASC əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.  İndiyədək “Aqrolizinq” ASC-dən ölkə üzrə 6176 istifadəçi lizinq yolu ilə 13 568 ədəd müxtəlif kənd təsərrüfatı texnikası götürüb. Bu texnikalara görə ümumilikdə 72 837 743,50 manat məbləğində güzəşt tətbiq edilib.

Xəbərlər
2019-09-19
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir
ətraflı oxu
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений