AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


AZƏRBAYCAN KOMBAYNLARI GÜRCÜSTANDA TAXIL BİÇİNİ KAMPANİYASINDA İŞTİRAK EDİR

İyul ayının 14-də “Aqrolizinq” ASC-də Gürcüstan nümayəndə heyəti ilə Səhmdar Cəmiyyətin rəhbərliyi arasında geniş tərkibdə görüş keçirilmişdir.

Görüşdə iki ölkənin kənd təsərrüfatı sahəsində əməkdaşlıq prespektivləri və qonşu ölkədə “Aqroliziq” ASC-yə məxsus taxılyığan kombaynların taxıl yığımında iştirak etmək üçün Gürcüstan Kənd Təsərrüfatı Nazirliyinin müraciəti müzakirə edilmişdir.

Görüşdə həmçinin taxıl biçinində iştirak etmək məqsədi ilə  “Aqroliziq” ASC-yə məxsus müasir taxılyığan kombaynların Gürcüstana göndərilməsi ilə əlaqədar tərəflər arasında iki tərəfli niyyət protokolu və aqrotexniki xidmətlərin yerinə yetirilməsi üçün müqvilə imzalanmışdır.

Azərbaycan Respublikası Gürcüstanda strateji məhsulu olan taxıl yığımı kompaniyasının vaxtında və itkisiz başa çatdırılması üçün qonşu ölkəyə köməklik göstərilməsi məqsədiilə taxılyığan kombaynların mexanizatorları ilə birlikdə səfərbər olunaraq Gürcüstanin Tetrisxazo, Marneuli, Bolnisi və Gurciani rayonlarında biçinin vaxtında, itkisiz aparılmasına köməklik göstərilməsini öz üzərinə götürmüşdür.

İyulun 17-də Respublikanın “Qırmızı körpü” keçid məntəqəsindən 30 ədəd taxılyığan kombayn, o cümlədən 11 ədəd “Claas” Dominator markalı, 19 ədəd “New Holland” TC-5050 markalı taxılyığan kombaynlar Gürcüstana yola salınmışdır. Mərasimdə Gürcüstan Kənd Təsərrüfatı Nazirinin müavini Levan Gabutaşvili çıxış edərək, köməyə görə Azərbaycan Hökümətinə və Kənd Təsərrüfatı Nazirliyinə minnətdarlığını bildirmişdir.

Kombaynlar 20-25 gün ərzində Gürcüstan fermerlərinə taxıl biçinində yardımçı olacaqdır.

Məlumat üçün bildiririk ki, ölkəmizdə artıq taxıl zəmilərində biçin yekunlaşmaq üzrədir. Dağ və dağətəyi rayonlarda 8-10% sahədə biçilməmiş taxıl qalıb ki, o da tezliklə mövcud kombaynlar hesabına yekunlaşacaq. 

Xəbərlər
2019-09-19
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir
ətraflı oxu
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений