AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


BƏRDƏ RAYONUNDA ”PAMBIĞIN YÜKSƏK AQROTEXNİKİ ŞƏRAİTDƏ BECƏRİLMƏSİ” MÖVZUSUNDA RESPUBLIKA MÜŞAVİRƏSİ KEÇİRİLƏCƏK

Respublikada qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində dövlət başçısı tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edilmiş kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu istehsal sahələrindən olan pambıqçılığın dirçəldilməsi ilə bağlı mühüm addımlar atılmışdır.

Xam pambığın növlər üzrə alış qiymətləri artırıldığından torpaq mülkiyyətçiləri tərəfindən bu sahəyə maraq xeyli artmış, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 10 iyun tarixli 212 nömrəli qərarı ilə pambıq və tütün istehsalçılarına becərlən hər hektar əkin sahəsinə görə əlavə 40 manat yardımın verilməsi növbəti illərdə pambıqçılığın inkişafına əlavə stimul verəcəkdir.

Pambıqçılığın inkişafının aktuallığını nəzərə alaraq, 29 iyul 2016-cı il tarixində Bərdə rayonu Kətəlparaq kəndində yerləşən fermer təsərrüfatında ”Pambığın yüksək aqrotexniki şəraitdə becərilməsi” mövzusunda respublika müşavirəsinin keçirilməsi nəzərdə tutulur. Müşavirədə Nazirliyin Bitkiçilik şöbəsinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, “Aqrolizinq” ASC-nin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Bitki Mühafizə və Texniki Bitkilər ET İnstitutunun,  Azərbaycan Dövlət Aqrar Universitetinin, Nazirliyin yerli strukturlarının, rayonların icra hakimiyyəti orqanlarının, iri pambıqçılıq şirkətlərinin nümayəndələrinin, eləcə də fermer və sahibkarların iştirakı planlaşdırılır.

Tədbirdə iştirak etmək istəyən pambıqçı fermer və sahibkarlar Nazirliyin Bitkiçilik şöbəsinə(tel:0124989441) və ya Bərdə Rayon Kənd Təsərrüfatı İdarəsinə( tel:0503179360) müraciət edə bilərlər.

Xəbərlər
2019-09-19
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir
ətraflı oxu
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений