AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


DÖVLƏT MATERİAL EHTİYATLARI AGENTLİYİ DÖVLƏT TAXIL FONDU ÜÇÜN 2016-CI İLDƏ ÖLKƏDƏ İSTEHSAL OLUNMUŞ YÜKSƏK KEYFİYYƏTLİ BUĞDANIN TƏDARÜKÜNÜ ELAN EDİR

FERMERLƏRİN NƏZƏRİNƏ

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Dəvəçi-Dəyirman” MMC, “Karat-Holdinq” MMC, “Karmen” MMC, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC, “Aveta” MMC, “Neon” firması, “EL” kiçik müəssisəsi, “Pak-Nur” firması, “Xırman” firması, “Rəşad” firması və “Svinks” MMC müəssisələri vasitəsilə cari ilin iyun ayının 21-dən sentyabr ayının 1-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 250 AZN olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcəkdir. Taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər:

1.Dənin naturası (bir litirlik purkalarda qramla):

buğda üçün: - 750 q/l-dən az olmamaqla

2.Alaq otları (zibil) qarışığı (faizlə)

buğda üçün: - 2 faizdən çox olmamaqla

3.Dən qarışığı (faizlə):

buğda üçün: - 5 faizdən çox olmamaqla

4.Nəmlik (faizlə)- bütün

bitkilər üçün: -13,0 faizdən çox olmamaqla

5.Yapışqanlıq : 3-cü sinif - 23 faizdən az olmamaqla

buğda üçün: - 2-ci qrupdan aşağı olmamaqla

-yapışqanlığın keyfiyyəti: (göstərici: 65-75)

6.Şüşəvarilik:

3-cü sinif buğda üçün: - 40% -dən az olmamaqla

7.  İyi və dad – bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad: - yol verilmir 

8.  Sürmə ilə sirayətlənmiş dənlər: - yol verilmir

9. Anbar ziyanvericiləri ilə sirayətlənmə bütün bitkilər üçün: - yol verilmir

10. Digər əlamətlər – bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul)  - yol verilmir

Agentlik bildirir ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcəkdir. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.

 

Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (900 –dan 1800 –a kimi):

 “Gəncə Taxıl Elevatoru”: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi-20, tel: 050-660-39-03,

  • “Səngəçal Taxıl Elevatoru”: Qaradağ rayonu,  Səngəçal qəsəbəsi, Bakı-Səlyan şossesinin 51-ci kilometrliyi, tel: 050-218-30-06,
  • “Abşeron Taxıl” MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi, tel:  012-342-90-04; 050-352-50-01,
  • “Dəvəçi-Dəyirman” MMC: Şabran şəhəri, Nizami küçəsi-1, tel: 050-314-39-21,                                         
  • “Karat-Holdinq” MMC: Xırdalan şəhəri, Şamaxı şossesi-23, tel.: 050-222-38-36,
  • “Karmen”  MMC: Abşeron rayonu, Yeni Şamaxı şossesi-23, tel.: 050-223-18-93,                        
  • “Gəncə-Dəyirman” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, tel.: 050-265-80-75,
  • “N.Quliyev adına Bakı-Taxıl” ASC: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. Tel. 012-566-00-44; 050-214-72-81,
  • “Aveta” MMC: Kürdəmir şəhəri, Bakı prospekti 6, tel: 0-50-200-11-87,   
  • “Neon” firması: Gəncə şəhəri, Ə.Əliyev küç. 3, tel: 0-50-220-30-27
  • “EL” kiçik müəssisəsi: Sulutəpə qəsəbəsi, R.Allahverdiyev 300, tel.: 012-346-08-08, 055-271-73-73,
  • “Pak-Nur” firması: Xaçmaz şəhəri, tel: 050-590-18-36,
  • “Xırman” firması: Biləcəri qəsəbəsi, tel: 077-270-97-20,
  • “Rəşad” firması: Bərdə şəhəri, tel: 050-215-99-00,
  • “Svinks” MMC: Xırdalan şəhəri, tel: 050-630-65-92.

 Daxili malgöndərənlərdən tədarük edilən taxılın qəbulu üçün tələb edilən sənədlər:

  • Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən dənin keyfiyyət göstəricilərinə görə verilmiş uyğunluq sertifikatının surəti;
  • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş daxili karantin sertifikatının surəti.

Bu sertifikatları əldə etmək üçün yuxarıdakı qurumlara müraciət etmək lazımdır.

Xəbərlər
2019-09-19
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir
ətraflı oxu
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений