AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


HEYVANDARLIĞIN İNKİŞAFINA HƏSR EDİLMİŞ ZONA MÜŞAVİRƏLƏRİ KEÇİRİLİB

2016-ci ilin iyun ayının 17-də Tovuz rayonunda, 18-də isə Göygöl rayonunda damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə zona baytarlıq laboratoriyalarının fəaliyyətinin genişləndirilməsi, heyvanların süni mayalandırılmasında istifadə olunan genetik materialın müayinə edilməsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri ilə bağlı zona müşavirələri keçirilib.

Tovuz rayonunda keçirilən müşavirədə Tovuz Zona Baytarlıq Laboratoriyasının əhatə etdiyi Tovuz, Şəmkir, Ağstafa, Qazax və Gədəbəy rayonlarından, Göygöl rayonunda keçirilən müşavirədə isə Göygöl Zona Baytarlıq Laboratoriyasının əhatə etdiyi Göygöl, Samux, Kəlbəcər, Goranboy və Daşkəsən rayonlarından  heyvandarlıqla məşğul olan fermerlər, süni mayalanma və heyvandarlıq mütəxəssisləri və arıçılar iştirak ediblər.

Zona müşavirələrində Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxış edərək, respublikada heyvandarlıq sahəsində qarşıda duran vəzifələrdən, heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yollarından, heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə mütərəqqi texnologiyalardan, bu sahədə zona baytarlıq laboratoriyalarında işlərin mərkəzləşmiş qaydada təşkilindən ətraflı məlumat verdi. Müşavirələrdə həmçinin heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili, heyvan xəstəlikləri ilə mübarizə tədbirləri, heyvandarlıqda möhkəm yem bazasının yaradılması yolları və heyvandarlıqda süni mayalamanın əhəmiyyəti barədə təqdimatlar və  çıxışlar oldu.

Zona müşavirələri geniş diskussiya şəraitində keçdi, fermerləri və mütəxəssisləri maraqlandıran suallara ətraflı  cavablar verildi və qarşılıqlı fikir mübadiləsi aparıldı.

Xəbərlər
2019-12-16
Şəkidə fermerlərə müasir becərmə texnologiyası nümayiş olunub
ətraflı oxu
2019-12-06
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb - FOTO
ətraflı oxu
2019-11-25
Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-25
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений