AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


İYUNUN 16-DA BEYLƏQAN RAYON KƏND TƏSƏRRÜFATI İDARƏSİNİN İNZİBATİ BİNASININ AÇILIŞI OLUB

Açılış mərasimində kənd təsərrüfatı naziri Heydər Əsədov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev, kənd təsərrüfatı üzrə mütəxəssislər və fermerlər iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülüb.

Nazir Heydər Əsədov binanı gəzərək, kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən maarifləndirici buklet və kitabçalarla, bölgədə yetişdirilmiş yeni taxıl sortları ilə tanış olub, baytarlıq idarəsinə, Dövlət Toxum Müfəttişliyinin Diaqnostik kabinetinə, Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti xidmətlərinin yerli qurumlarının iş otaqlarına, bitkiçilik və heyvandarlıq sektorlarına baxıb. Bildirilib ki, burada yaradılan şərait rayonda aqrar sahə ilə bağlı problemlərin həllinə töhfə verəcək.

Sonra kənd təsərrüfatı texnikalarına sürücülük vəsiqəsinin elektron qaydada verilmə prosesi ilə tanışlıq olub. Məlumat verilib ki, sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız qeydiyyat İmtahan Məntəqəsi tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir.


Nazir Heydər Əsədov “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb. Tədbirdə Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Kəlbəcər, Laçın, Şuşa, Tərtər, Xocavənd və Zərdab rayonlarından olan 110 istifadəçiyə lizinqə verilmiş, ümumilikdə, 3 milyon 10 min 918 manat məbləğində 219 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarına 1 milyon 35 min 438 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən, tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 81 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib və sənədlər vətəndaşlara təqdim edilib. Eyni zamanda, “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi ilə bağlı cəmiyyətin əməkdaşları tərəfindən xidmət göstərilib.

“Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslər tərəfindən daxil olmuş elektron müraciətlər üzrə Xüsusi Komissiyanın qərarına əsasən, 5818 istifadəçinin lizinqə götürdüyü 13 min 20 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına, ümumilikdə, 68 milyon 297 min 541,59 manat məbləğində güzəşt tətbiq edilib.

Xəbərlər
2019-09-19
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir
ətraflı oxu
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений