AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


TAXIL BIÇİNİ KAMPANİYASINA START VERİLMİŞDİR

Cari ilin taxıl biçini mövsümündə respublika üzrə cəmi 927,4 min ha payızlıq taxıl biçini nəzərdə tutulmuşdur. Biçinə hazırlıqla əlaqədar olaraq respublikada mövcud olan taxılyığan kombayn parkının dislokasiyası müəyyən edilmiş və BİÇİN QRAFİKİ tərtib edilmişdir.

Cari taxıl biçini mövsümündə 2400-dən artıq taxılyığan kombayn biçində iştirak edəcəkdir. Mövcud olan kombaynlar tam saz vəziyyətə gətirilmiş, bölgələr üzrə taxılın yetişmə ardıcıllığı nəzərə alınmaqla kombaynların rayonlar arası hərəkət qrafiki tərtib edilmişdir.

Biçində iştirak edən kombaynların əksər hissəsi “Aqrolizinq” ASC tərəfindən Avropanın qabaqcıl şirkətlərindən alınmış və lizinq yolu ilə istifadəçilərə satılmış “Sampo”, “New Holland” və “Claas” tipli kombaynlardır.

Bununla yanaşı regional nümayəndəliklərin istifadəsində olan 500-dən artıq taxılyığan kombayn biçin kampaniyasında iştirak edəcəkdir.

Taxılın itkisiz və vaxtında yığılmasının təmin edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin rayon idarələri, “Aqrolizinq” ASC-nin rayon nümayəndəlikləri, Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin yerli bölmələri operativ iş rejiminə keçirilmiş və mövsümdə onların fəaliyyətinin əlaqələndirilməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir.

Vətəndaşlardan daxil olan müraciətlərin vaxtında və operativ baxılıb həll edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi “1652”, “Aqrolizinq” ASC-nin (+994 12) 425-64-27, Kənd Təsərrüfatı Nazirliyinin Texniki siyasət şöbəsinin (+994 12) 493-53-40 və (+994 12) 493-52-98 və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin  (+994 12) 562-69-27 əlaqə nömrələri istehsalçıların ixtiyarına verilmişdir.

Biçin mövsümdə hər hansı problem yaranarsa istehsalçılar qeyd olunan nömrələrə zəng etmələri tövsiyyə olunur.

Xəbərlər
2019-09-19
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir
ətraflı oxu
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений