AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


İMİŞLİ RAYONUNDA TAXIL MÖVSÜMÜNƏ HAZIRLIQLA BAĞLI RESPUBLIKA MÜŞAVİRƏSİ KEÇİRİLİB

İmişlidə taxıl mövsümünə hazırlıq və texnika parklarının vəziyyətinə həsr edilən respublika müşavirəsi keçirilib.

Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, “Aqrolizinq” ASC-nin 12 regional bölməsindən 47 rayonun nümayəndələri, Azərbaycan Dövlət Aqrar Universitetinin, Aqrar Elm Mərkəzinin, Gəncə və Lənkəran maşın sınaq stansiyalarının əməkdaşları iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ölkəmizə yeni gətirilən müxtəlif növ taxılbiçən kombaynların sərgisi ilə tanış olublar.

Çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, artıq respublikamızda taxıl biçininə başlanılıb. Fermer və torpaq istifadəçilərinin yetişdirdikləri məhsulun qısa müddətdə toplanılması üçün bütün zəruri tədbirlər görülüb, taxılçılıq rayonları kifayət qədər texnika ilə təmin olunub. Məhsulun optimal müddətə yığılıb başa çatdırılması üçün nazirlik tərəfindən xüsusi tədbirlər planı hazırlanıb, əməkdaşlar rayonlara ezam edilib.

Müşavirədə “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov, ASC-nin aqrotexniki xidmətlərin və təchizatın təşkili şöbəsinin müdiri İsrafil İsmayılov və başqaları taxıl yığımı mövsümündə kombaynlardan səmərəli istifadənin və ödənişlərin uçotunun təşkili ilə bağlı məruzələr edib, fermerlərin suallarına aydınlıq gətiriblər.

Sonda taxılyığan kombaynların biçinə hazırlanması üçün metodik təlimatlar təqdim edilib və bununla bağlı videoçarx nümayiş olunub.

Xəbərlər
2019-12-16
Şəkidə fermerlərə müasir becərmə texnologiyası nümayiş olunub
ətraflı oxu
2019-12-06
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb - FOTO
ətraflı oxu
2019-11-25
Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-25
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений