AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


BAKIDA VIII İLLİK SÜD OLİMPİADASI AÇILIB

Bakıda VIII illik Süd Olimpiadası keçirilir. Bu, südçülük sahəsi üçün əlamətdar beynəlxalq hadisədir.

Bu sahənin iştirakçısı olan ən iri şirkətlərin, Rusiyanın və Azərbaycanın dövlət orqanlarının dəstəyi ilə keçirilən tədbirin təşkilatçısı qismində “The DairyNews” süd bazarı xəbərləri informasiya agentliyi çıxış edir.

Dünyanın 14 ölkəsindən 150-dən çox nümayəndə südçülük sahəsində aktual məsələləri müzakirə etmək, texniki və praktiki seminarlara qatılmaq üçün bir araya toplaşıb. Olimpiada iştirakçıları arasında südün və süd məhsullarının sənaye üsulu ilə istehsalı və emalı üçün heyvandarlıq avadanlığının satıcıları, analitiklər, Azərbaycanın və Rusiyanın aqrar idarələrinin nümayəndələri var.

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramov Süd Olimpiadasının açılışında çıxış edib. O, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə aqrar sahədə görülən işlərdən bəhs edərək, son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən institusional islahatlar və istehsalçılara yaradılan şərait, dövlətimizin başçısının aqrar sektora göstərdiyi diqqət və qayğı, bu sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar barədə məlumat verib. Həmçinin hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracın stimullaşdırılması və Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühiti yaradılması qeyd olunub. İlham Bayramov Azərbaycanın tarixən aqrar ölkə olduğunu, doqquz iqlim qurşağı olan coğrafi məkanda yerləşdiyini, respublikamızda istehsal edilən kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətli olduğunu iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycan heyvandarlıq məhsulları ilə öz tələbatını böyük həcmdə ödəyir. Ümumiyyətlə, ölkəmizin aqrar sahədə ixrac potensialı yüksəkdir. Ölkəmizdə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün güzəştli şərtlər əsasında lizinq yolu ilə alınan cins damazlıq heyvanlar fermerlərə təhvil verilir, süni mayalama tədbirləri görülür. Heyvandarlıq sahəsində görülən işlər artıq öz bəhrəsini verməkdədir.

VIII illik Süd Olimpiadasına ev sahibliyi etdiyinə görə təşəkkürünü bildirən “The DairyNews”un baş direktoru Mixail Mişşenko çıxış edərək deyib: “Azərbaycan bu tədbirin Bakıda keçirilməsi üçün bizə böyük dəstək verdi. Olimpiadanın yüksək səviyyədə təşkil olunmasına və bizə yaradılan şəraitə görə Azərbaycan hökumətinə təşəkkür edirik. İstərdik ki, Azərbaycan-Rusiya əlaqələri daha da genişlənsin. Bilirik ki, Azərbaycan iqtisadi cəhətdən güclü ölkədir və respublikanızın daha da inkişaf etməsi üçün böyük potensialı var”.

Sonra M.Mişşenko süd məhsullarının ixrac imkanları və iqtisadi göstəricilər barədə təqdimatla çıxış edib.

Beynəlxalq tədbirdə Azərbaycan, Rusiya, Fransa, İsrail, Almaniya, İtaliya, Gürcüstan, Ukrayna, Yeni Zelandiya, Braziliya, Finlandiya, Malayziya, Belarus və Litvadan olan ekspertlər süd bazarının problemlərinin həlli və bu sahədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq yolları haqda fikir mübadiləsi aparıb, südçülük sahəsində cari vəziyyət barədə məlumat veriblər. Çıxışlarda Azərbaycanda gedən sosial-iqtisadi inkişaf təqdir olunub, aqrar sahədə reallaşdırılan islahatlar, əldə olunan nəticələr müsbət qiymətləndirilib.

Mayın 26-dək davam edəcək tədbirdə dünya süd bazarının qloballaşması, bu bazarın perspektivləri, dünya və lokal pendir bazarlarında müşahidə olunan meyillər, “Uğurlu ferma” layihəsinin tərkib hissələri və bir sıra başqa mövzular müzakirə olunacaq.

Xəbərlər
2019-09-19
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir
ətraflı oxu
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений