AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİ QUBALI FERMERLƏRƏ ALMADA DƏMGİL XƏSTƏLİYİNƏ QARŞI SAVADLI MÜBARİZƏ APARMAĞI TÖVSİYƏ EDİB

Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti xəbərdarlıq edir ki, Qubalı fermerlərin dəmgilə qarşı ənənəvi mübarizə üsulu onları çıxılmaz vəziyyətə sala bilər. Belə ki, ay ərzində 5 dəfə yüksək kontrasensiyalı işçi məhlullardan istifadə etməklə xəstəliyin törədicisi olan ziyanlı orqanizmlərdə həmin məhlullara dözümlülük yaranır.

DFNX sərin və rütubətli iqlim şəraiti səbəbindən mayın birinci yarısında Qubanın alma bağlarında intensiv inkişaf edən dəmgil xəstəliyi ilə mübarizə üsulları barədə öz internet saytında (http://www.dfnx.gov.az/?r=54&id=218) tövsiyələrini yayıb.

Fermerlərə infeksiya mənbəyini azaltmaq üçün pestisid tətbiq etmədən, digər - davamlı sortlardan, mikroelement tərkibli gübrələrdən istifadə, düzgün suvarma, xəstə orqanların məhv edilməsi vasitəsilə xəstəliyə qarşı mübarizə aparmaq tövsiyə edilməklə yanaşı, istifadə olunacaq preparatlar, onların növbələşməsi, görülməli olan işlər və ardıcıllığı barədə də dəqiq addımları qeyd edilib.

Dövlət Fitosanitar Nəzarəti Xidməti hesab edir ki, ardıcıl və savadlı mübarizə üsulu ilə fermerlər hər il eyni zamanda baş qaldıran xəstəliyin törədicilərində preparatlara qarşı dözümlülüyü aradan qaldıra bilərlər.

Xəbərlər
2019-12-16
Şəkidə fermerlərə müasir becərmə texnologiyası nümayiş olunub
ətraflı oxu
2019-12-06
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb - FOTO
ətraflı oxu
2019-11-25
Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-25
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений