AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


"AQROLİZİNQ" ASC-NİN GÜZƏŞTLƏRİN TƏTBİQİ ÜZRƏ XÜSUSİ KOMİSSİYASININ QƏRARI İLƏ YERLƏRDƏ FERMERLƏRƏ SƏNƏDLƏRİN TƏQDİMATI OLUB

Kənd təsərrüfatı naziri Heydər Əsədov 29 aprel 2016-cı il tarixində Şəmkir rayonunda “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb.

Tədbirdə Gəncə şəhəri, Samux, Goranboy, Göygöl, Şəmkir, Tovuz, Gədəbəy, Qazax, Ağstafa rayonlarından olan 80 istifadəçiyə lizinqə verilmiş ümumilikdə 2 443 230,30 manat məbləğində 172 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarına 891 773,70 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına 
əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 69 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və

onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilmiş və sənədlər vətəndaşlara təqdim edilmişdir. Eyni zamanda, “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi ilə bağlı Cəmiyyətin əməkdaşları tərəfindən xidmət göstərilmişdir.

Xüsusi Komissiyanın respublikanın 55 rayonunu əhatə etməklə keçirilmiş səyyar iclaslarında 1293 istifadəçiyə lizinqə verilmiş 2529 müxtəlif kənd təsərrüfatı texnikalarına 14729840,74 manat məbləğində güzəşt tətbiq edilmiş, istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 744 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarının istifadəçilərin mülkiyyətinə verilməsi, hüquqi sənədlərin yerində vətəndaşlara təqdim edilməsi təmin edilmişdir.

“Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslər tərəfindən daxil olmuş elektron müraciətlər üzrə Xüsusi Komissiyanın qərarına əsasən 5228 istifadəçinin lizinqə götürdüyü kənd təsərrüfatı texnikasına ümumilikdə 61 748 911,15 manat məbləğində güzəşt tətbiq edilmişdir.

Görüşdə həmçinin Qarabağ müharibəsi veteranı Nağıyev Vaqif Bayram oğluna növbədənkənar olaraq 1 ədəd Belarus-89.2 markalı traktorun sənədləri təqdim edilmişdir.

Xəbərlər
2019-09-19
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir
ətraflı oxu
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений