AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


«AQROLİZİNQ» AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 2 LOT ÜZRƏ AÇIQ TENDER ELAN ETMİŞDİR

 

  

 

 

 

 

 

 

Tender 2 Lot üzrə keçirilir.

Tenderin predmeti:

Lot-1 – “Mövcud olan idarəetmə proqramın müşahidə həcminin satınalınması”

Lot-2 – “Mövcud olan idarəetmə proqramın mühasibat proqramı ilə inteqrasiyası, onun  beynəlxalq hesablar planına keçirilməsi, yeni modulların yaranmasının satınalınması

Tender iştirakçılarına təklif edilir ki, «Dövlət Satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı sürətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, müqavilənin yerinə yetirilmə müddəti və şərtlər toplusunda digər qiymətləndirmə üçün  tələb olunan tələblərə uygunluq.

Maraqlananlar tenderlə əlaqədar əlavə məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Yaqubov Habil Elxan oğlu

Tel:/Faks: 425-28-03;

mobil: +99455 733-06-82

E-mail: ofis@agrolizing.gov.az

Ünvan: Bakışəhəri, Bakıxanovqəsəbəsi, Bünyadovküçəsi, 12

Tenderin əsas şərtlər toplusu Azərbaycan Respublikasının dövlət dilində tərtib olunur. Zərurət olduqda beynəlxalq ticarətdə istifadə edilən dillərin birinə tərcümə olunacaqdır.

Maraqlananlar əsas şərtlər toplusunu Lot 1 üzrə 200 manat və Lot-2 üzrə 200 manat məbləğində iştirak haqqını ödədikdən sonra yuxarıda göstərilən ünvandan ala bilərlər.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürə bilərlər:

Təşkilat: «Aqrolizinq» ASC

VÖEN: 1700382471; H/h: АZ75АIIB33030019443500231113 AZN  

Kapital Bank ASC-nin 1 saylı Nizami filialı

 Kod: 200134; VÖEN: 9900003611;

 M/h: АZ37NABZ01350100000000001944; S.W.I.F.T.: АIIBАZ2Х

İştirak  haqqı  heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün 18 may 2016-cı il tarixinə kimi aşağıdakı sənədləri (tender təklifi və 1% bank təminatı istisna olmaqla) təqdim etməlidirlər:

  • Ø tenderdə iştirak etmək üçün yazılı müraciət.
  • Ø iştirak haqqının ödənilməsi barədə sənəd;
  • Ø iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • Ø iddiaçının vergilər üzrə borcunun olmaması barədə vergi orqanları tərəfindən təsdiq olunmuş sənəd;
  • Ø iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə, rekvizitləri və maddi-texniki bazası barədə məlumat;

Bundan əlavə Tender təklifi və bank təminatı möhürlənmiş bağlı zərflərdə 25 may 2016-cı il, saat 1700-a qədər təqdim olunmalıdır.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır. Tender təklifi dəyərinin 1% həcmində bank təminatı verilməlidir. Bank təminatı tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü müddətində güvvədə olmalıdır. Bank təminatını və tender təklifini bağlı zərfdə təqdim etməyən iddiaçıların təklifi etibarsız sayılır.

Bağlı zərflər 26 may 2016-cı il tarixdə saat 1500-da iddiaçının özünün və ya etibarnaməsi əsasında onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi 12 ünvanında yerləşən «Aqrolizinq» ASC-nin konfrans zalında açılacaqdır

 

 

Xəbərlər
2019-09-19
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir
ətraflı oxu
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений