AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


"AQROLİZİNQ" ASC-NİN GÜZƏŞTLƏRİN TƏTBİQİ ÜZRƏ XÜSUSİ KOMİSSİYASININ QƏRARI İLƏ YERLƏRDƏ FERMERLƏRƏ SƏNƏDLƏRİN TƏQDİMATI OLUB

                Kənd təsərrüfatı naziri Heydər Əsədov martın 11-də “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüşüb.

          Tədbirdə Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Laçın və digər ətraf rayonlardan olan 167 istifadəçiyə lizinqə verilmiş ümumilikdə 4 milyon 848 min 840 manat məbləğində 317 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarına 1 milyon 860 min 051 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 66 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib və sənədlər vətəndaşlara təqdim edilib. Eyni zamanda, “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi ilə bağlı Cəmiyyətin əməkdaşları tərəfindən xidmət göstərilib.


          Bildirilib ki, Xüsusi Komissiyanın respublikanın 55 rayonunu əhatə etməklə keçirilmiş səyyar iclaslarında 1148 istifadəçiyə lizinqə verilmiş 2240 müxtəlif kənd təsərrüfatı texnikalarına 13 milyon 155 min 142,04 manat məbləğində güzəşt tətbiq edilib, istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 642 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarının istifadəçilərin mülkiyyətinə verilməsi, hüquqi sənədlərin yerində vətəndaşlara təqdim edilməsi təmin edilib.         

          “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslər tərəfindən daxil olmuş elektron müraciətlər üzrə isə Xüsusi Komissiyanın qərarına əsasən 4903 istifadəçinin lizinqə götürdüyü kənd təsərrüfatı texnikasına ümumilikdə 58 milyon 013 min 366,61 manat məbləğində güzəşt tətbiq edilib.

         Nazir Heydər Əsədov görüş zamanı bir nəfər Qarabağ müharibəsi veteranına MTZ-82-1 markalı traktorun sənədlərini növbədənkənar təqdim edib, bir nəfər Milli Qəhrəman anasına güzəştli şərtlərlə kombayn verilməsinə göstəriş verib.

 

          

Xəbərlər
2019-09-19
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir
ətraflı oxu
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений