AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ İSTEHSALÇILARINA YENİ TEXNİKALARIN SƏNƏDLƏRİ TƏQDİM OLUNUB

           04 mart 2016-cı il tarixində Sabirabad rayonunda “Aqrolizinq” ASC-dən lizinq yolu ilə kənd təsərrüfatı texnikaları əldə etmiş istifadəçilərə, yerlərdə xidmət göstərilməsi məqsədilə güzəştlərin tətbiqi üzrə Xüsusi Komissiyanın növbəti səyyar iclası keçirilmişdir.

         Tədbirdə Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Cəbrayıl rayonlarından və Şirvan şəhərindən olan 129 ist ifadəçiyə lizinqə verilmiş ümumilikdə, 3 348 507,0 manat məbləğində 222 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarına 1 249 033,80 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən, tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 56 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrin də qeydiyyata alınması həyata keçirmiş və sənədlər vətəndaşlara təqdim edilmişdir. Eyni zamanda, “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizi- ni ödəmiş istifadəçilərə də, güzəşt üçün elektron ərizə verilməsi ilə bağlı Cəmiyyətin əməkdaşları tərəf- indən xidmət göstərilmişdir.

       Bildirilib ki,   “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki       şəxslər tərəfindən daxil olmuş elektron müraciətlər üzrə Xüsusi Komissiyanın qərarına əsasən, 4836 isti-    fadəçinin lizinqə götürdüyü kənd təsərrüfatı texnikasına ümulikdə 57 155 193,51 manat məbləğində      güzəşt edilmişdir.

      Xüsusi Komissiyanın səyyar iclaslarında isə respublikanın 48 rayonunu əhatə etməklə 981 hüquqi və fiziki şəxslərə lizinqəverilmiş 1923 müxtəlif kənd təsərrüfatı texnikalarına 11 295 091,04 manat məbləğində güzəşt tətbiq edilmiş, istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 576 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarının istifadəçilərin mülkiyyətə verilməsi təmin edilmişdir.

 

 

 

 

 

Xəbərlər
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
2019-09-13
Şəmkirdə mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений