AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


"AQROLİZİNQ" ASC-NİN GÜZƏŞTLƏRİN TƏTBİQİ ÜZRƏ XÜSUSİ KOMİSSİYASININ QƏRARI İLƏ YERLƏRDƏ FERMERLƏRƏ SƏNƏDLƏRİN TƏQDİMATI OLUB
     

     Fevralın 25-də Kənd təsərrüfatı naziri Heydər Əsədov “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüşüb.

   Tədbirdə Yevlax, Samux, Göygöl, Daşkəsən, Goranboy, Xocalı, Kəlbəcər və ətraf rayonlarından 109 istifadəçiyə lizinqə verilmiş ümumilikdə, 4 milyon 170 min 931,17 manat məbləğində 224 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarına 1 milyon 602 min 127,67 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına görə güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən 49 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib və sənədlər vətəndaşlara təqdim edilib. Eyni zamanda “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi ilə bağlı Cəmiyyətin əməkdaşları tərəfindən xidmət göstərilib.

   Bildirilib ki, Xüsusi Komissiyanın respublikanın 42 rayonunu əhatə etməklə keçirilmiş səyyar iclaslarında 852 istifadəçiyə lizinqə verilmiş 1701 müxtəlif kənd təsərrüfatı texnikalarına 10 046 057,24 manat məbləğində güzəşt tətbiq edilib. İstifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 520 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarının istifadəçilərin mülkiyyətinə verilməsi, hüquqi sənədlərin yerində vətəndaşlara təqdim edilməsi təmin edilib.         

   “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslər tərəfindən daxil olmuş elektron müraciətlər üzrə isə Xüsusi Komissiyanın qərarına əsasən 4737 istifadəçinin lizinqə götürdüyü kənd təsərrüfatı texnikasına ümumilikdə 56 041 618,16 manat məbləğində güzəşt tətbiq olunub.

    Nazir Heydər Əsədov görüş zamanı dörd nəfər şəhid ailəsi və bir nəfər Qarabağ müharibəsi veteranına növbədənkənar MTZ-892 markalı traktorun sənədlərini təqdim edib.

 

 
Xəbərlər
2019-12-16
Şəkidə fermerlərə müasir becərmə texnologiyası nümayiş olunub
ətraflı oxu
2019-12-06
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb - FOTO
ətraflı oxu
2019-11-25
Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-25
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений