AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


CƏLİLABAD RAYONUNDA MƏHSUL İSTEHSALÇILARINA YENİ KƏND TƏSƏRRÜFATI TEXNİKALARININ SƏNƏDLƏRİ TƏQDİM OLUNUB

Fevralın 19-da Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində “Aqrolizinq” ASC-dən lizinq yolu ilə kənd təsərrüfatı texnikaları əldə etmiş istifadəçilərə yerlərdə xidmət göstərilməsi məqsədilə güzəştlərin tətbiqi üzrə Xüsusi Komissiyanın növbəti səyyar iclası keçirilib.

Tədbirdə Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Lerik, Yardımlı, Masallı rayonları üzrə 220 istifadəçiyə lizinqə verilmiş, ümumilikdə, 4.525.028,1 manat məbləğində 382 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarına 1.717.598,11 manat məbləğində güzəşt tətbiq edilib.

Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunmuş güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 110 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib.

CƏLİLABAD RAYONUNDA MƏHSUL İSTEHSALÇILARINA YENİ KƏND TƏSƏRRÜFATI TEXNİKALARININ SƏNƏDLƏRİ TƏQDİM OLUNUBTədbirdə, həmçinin “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizi ödəmiş istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi üçün xidmət göstərilib.

“Aqrolizinq” ASC-nin kənd təsərrüfatı texnikaları əldə etmiş istifadəçilərə yerlərdə xidmət göstərilməsi məqsədilə güzəştlərin tətbiqi üzrə Xüsusi Komissiyanın sədri Mikayıl Nuriyev, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov çıxış edərək fermerlərə göstərilən dövlət qayğısından, gübrələrə, kənd təsərrüfatı texnikalarına tətbiq olunan güzəştlərdən danışmış, ölkə başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı Qərar və Sərəncamlar barədə ətraflı məlumat vermişlər. 

CƏLİLABAD RAYONUNDA MƏHSUL İSTEHSALÇILARINA YENİ KƏND TƏSƏRRÜFATI TEXNİKALARININ SƏNƏDLƏRİ TƏQDİM OLUNUBQeyd olunub ki, “Aqrolizinq” ASC-nin xətti ilə yerlərdə məhsul istehsalçılarına “ASAN xidmət” vasitəsilə 3 aya yaxındır müxtəlif xidmətlər göstərilir. Artıq məhsul istehsalçıları güzəşt tətbiq olunmuş kənd təsərrüfatı texnikalarının hüquqi sənədlərini “ASAN xidmət” vasitəsilə vaxt itirmədən ala bilirlər.

Bildirilib ki, “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslər tərəfindən daxil olmuş elektron müraciətlər üzrə Xüsusi Komissiyanın qərarına əsasən, 4630 istifadəçinin lizinqə götürdüyü kənd təsərrüfatı texnikasına, ümumilikdə, 54.350.449,3 manat məbləğində güzəşt tətbiq edilib.

CƏLİLABAD RAYONUNDA MƏHSUL İSTEHSALÇILARINA YENİ KƏND TƏSƏRRÜFATI TEXNİKALARININ SƏNƏDLƏRİ TƏQDİM OLUNUBDiqqətə çatdırılıb ki, Xüsusi Komissiyanın səyyar iclaslarında respublikanın 38 rayonunu əhatə etməklə 743 istifadəçiyə lizinqə verilmiş 1477 müxtəlif kənd təsərrüfatı texnikalarına 8.443.929,57 manat məbləğində güzəşt tətbiq edilib, istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 471 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarının istifadəçilərin mülkiyyətə verilməsi təmin olunub.

Mərasimdə məhsul istehsalçılarına kənd təsərrüfatı texnikalarının onların mülkiyyətinə verilməsinə dair hüquqi sənədlər təqdim edilib.

Fermerlər və məhsul istehsalçıları onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Xəbərlər
2019-07-17
Azərbaycanda bu günədək 3086495 ton taxıl yığılıb
ətraflı oxu
2019-07-16
“Aqrolizinq” ASC-nin regional nümayəndəlikləri karbamid gübrəsi ilə təmin olunur
ətraflı oxu
2019-07-08
Şamaxı rayonu ərazisində 32018 hektar taxıl sahəsi biçilib
ətraflı oxu
2019-07-08
SON MƏLUMAT: Azərbaycanda 2768652 ton taxıl yığılıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений