AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


"AQROLİZİNQ" ASC-NİN GÜZƏŞTLƏRİN TƏTBİQİ ÜZRƏ XÜSUSİ KOMİSSİYASININ QƏRARI İLƏ YERLƏRDƏ FERMERLƏRƏ SƏNƏDLƏRİN TƏQDİMATI OLUB

 

Kənd təsərrüfatı naziri Heydər Əsədov yanvarın 22-də Ağdaş rayonunda “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüşüb.

Tədbirdə Ağdaş, Göyçay, Zərdab, İsmayıllı, Ucar, Yevlax rayonları üzrə 65 istifadəçiyə lizinqə verilmiş ümumilikdə 1 853 598,0 manat məbləğində 117 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarına 682 925,0 manat məbləğində güzəşt tətbiq edilmiş, Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunmuş güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 33 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilmişdir. Eyni zamanda “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi üçün xidmət göstərilmişdir.

Görüşdə nazir Heydər Əsədov bildirib ki, lizinq xidmətindən istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən daxil olmuş elektron müraciətlər üzrə Xüsusi Komissiyanın qərarına əsasən 4265 istifadəçinin lizinqə götürdüyü ümumilikdə 12450 kənd təsərrüfatı texnikasına 51 837 925,59 manat məbləğində güzəşt tətbiq edilmişdir. “Aqrolizinq” ASC-dən lizinq yolu ilə kənd təsərrüfatı texnikaları əldə etmiş istifadəçilərə yerlərdə xidmət göstərilməsi məqsədilə güzəştlərin tətbiqi üzrə Xüsusi Komissiyanın Xaçmaz, Quba, Tovuz, Zaqatala, Qəbələ rayonlarında və Gəncə şəhərində səyyar iclasları keçirilmişdir.

Ümumilikdə, Xüsusi Komissiyanın səyyar iclaslarında respublikanın 33 rayonunu əhatə etməklə 537 istifadəçiyə lizinqə verilmiş 1093 müxtəlif kənd təsərrüfatı texnikalarına 6 811 460,06 manat məbləğində güzəşt tətbiq edilmiş, istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 346 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarının istifadəçilərin mülkiyyətə verilməsi təmin edilmişdir.

Xəbərlər
2019-10-14
Daha 10 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-10-09
Sentyabrda səyyar gübrə satışından 2295 fermer yararlanıb
ətraflı oxu
2019-10-08
Daha 15 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-10-01
Daha 13 rayonda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений