AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


20 yanvar: Xalqımızın qan yaddaşı, qəhrəmanlıq səhifəsi

Bu gün “Aqrolizinq” ASC-də 20 yanvar faciəsinin 26 – cı ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə 20 yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri “Aqrolizinq” ASC İdarə Heyətinin sədr müavini Aydın Əzizov giriş sözü  açaraq 20 Yanvar hadisələrinin baş vermə səbəbləri haqqıda  tədbir iştirakçılarına ətraflı məlumat verdi. Natiq qeyd elədi kİ, 1980-ci illərin axırlarında keçmiş Sovet İttifaqında gedən proseslər, ölkə rəhbərliyinin uğursuz “yenidənqurma” siyasəti, iqtisadi islahatların düzgün aparımamasi, milli siyasət sahəsində buraxılan kobud səhvlər bütün respublikalarda olduğu kimi  Azərbaycanda da milli azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu.1988-1989-cu illərdə Ermənistan ərazisində  yaşayan azərbaycanlılara qaşı aparılan son etnik təmizləmə, Ermənistanın ərazi iddiaları və Dağlıq Qarabağda separatçılıq hərəkatı və bütün bu olanlara Moskvanın göz yumması, Azərbaycanın o zamankı rəhbərlərinin səriştəsiz mövqe nümayiş etdirməsi  ərazi bütölüyünün müdafiəsi uğrunda kütləvi xalq hərəkatının  daha da genişlənməsinə gətirib çıxartdı.

Natiq Sovet imperiyasının xəbərdarlıq  etmədə fövqəladə vəziyyət elan etməsindən, Bakı şəhərinə qanunsuz olaraq xüsusi təyinatlı qoşun yeridilməsindən, o gecə baş verən qanlı hadisələrdən ətraflı danışaraq qeyd elədi ki,  Qanlı yanvar hadisələrinin baş verməsində Sovet imeriyasının rəhbərləri ilə bərabər  Azərbaycanın səriştəsiz  rəhbərlərinin  də  rolu az olmayıb.

Daha sonra Səhmdar Cəmiyyətin İdarə Heyətinin üzvü İsrafil İsmayılov “20 yanvar xalqımızın şərəf və qəhrəmanlıq tarixidir” mövzusunda məruzə ilə çıxış etmişdir. Natiq qeyd etmişdir ki, hər il 20 yanvar günü Azərbaycan xalqı tərəfindən hüzn və kədərlə, həm də azadlıq mübarizəsinin şərəf və qürur zirvəsi kimi yad edilir. Qeyd  edildi ki, Ulu Öndər Heydər Əliyevin ailə üzvləri ilə birlikdə yanvarın 21-də  Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək  mətbuat konfransı keçirməsi, siyasi iradə nümayiş etdirməsi, bu hadisəni törədənləri, sovet rejimini ittiham edərək başda Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən  hakimiyyət nümayəndələrini və hərbiçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə  bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı.

Natiq daha sonra vurğuladı ki, Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 20 yanvar hadisələrinin səbəbləri və nəticələri Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra imzaladığı Fərman və Sərəncamlarla, daha dəqiq araşdırıldı  və dövlət səviyyəsində tam siyasi-hüquqi qiymətini aldı. 1994-cü ildə 20 yanvar şəhidlərinin qəhrəmanlıq səlnaməsi olan “Şəhidlər Xiyabanı”  yaradıldı və xalqımızın müqəddəs ziyarətgahına çevrildi.

Bu gün də ölkə prezidenti cənab İlham Əliyev torpaqlarımızın müdafiəsi, müstəqilliyimiz uğrunda Şəhid olan hər bir Vətən övladının ailəsinə daim diqqət və qayğı göstərir, hər il 20 yanvar günü “Şəhidlər xiyabanı”na gələrək şəhidlərin məzarını ziyarət edir. Bu, vətənə, xalqa, şəhidlərin ruhuna ehtiramın, hörmətin nümunəsidir.

Anım tədbirində çıxış edən Musa Hüseynov, Habil Yaqubov, Mütavil Əliyev  və başqaları baş verən Qanlı faciədən, 20 Yanvar şəhidlərinin  xatirələrinin əbədiləşməsindən, onlara göstərilən dövlət qayğısından, gənclərimizin Qanlı tarixi yaşatmaları üçün, sovet imperiya maşınının törətdiyi fəsadların dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülməli olan tədbirlərdən danışdılar.

Xəbərlər
2019-07-17
Azərbaycanda bu günədək 3086495 ton taxıl yığılıb
ətraflı oxu
2019-07-16
“Aqrolizinq” ASC-nin regional nümayəndəlikləri karbamid gübrəsi ilə təmin olunur
ətraflı oxu
2019-07-08
Şamaxı rayonu ərazisində 32018 hektar taxıl sahəsi biçilib
ətraflı oxu
2019-07-08
SON MƏLUMAT: Azərbaycanda 2768652 ton taxıl yığılıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений