AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


SAHİBKARLARA YENİ TEXNİKLAR TƏQDİM OLUNUB

30 dekabr 2015-ci il tarixdə Gəncə şəhərində “Aqrolizinq” ASC-dən lizinq yolu ilə alınan 75 ədəd traktor, 1 ədəd kombayn və 15 ədəd müxtəlif kənd təsərrüfatı texnikaları, o cümlədən Gəncə Avtomobil Zavodunun istehsalı olan 63 ədəd “Belarus” tipli “MTZ” markalı traktorların, 12 ədəd New Holland markalı Avropa istehsalı olan traktorların, New Holland markalı taxıl yığan kombaynın və digər müxtəlif kənd təsərrüfatı texnikalarının təqdimat mərasimi keçirilib. Tədbirdə respublikanın bütün regionlarından olan 66 hüquqi və fiziki şəxsə lizinqə verilən kənd təsərrüfatı texnikaları “bir pəncərə” prinsipi əsasında “Aqrolizinq” ASC-nin aidiyyəti struktur bölmələrinin və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin əməkdaşlarının iştirakı ilə dövlət qeydiyyatına alınaraq texniki sənədlərlə birlikdə sahibkarlara təqdim edilmişdir.

Lizinqə verilən yeni traktorlar və kənd təsərrüfatı texnikaları növbədənkənar olaraq Qarabağ müharibəsi veteranlarına və 3 şəhid ailələrinə təqdim olunub.

Daha sonra Gəncə şəhəri, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonları üzrə 38 istifadəçiyə lizinqə verilmiş ümumilikdə 1 225 543,0 manat məbləğində 89 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarına 434 006,0 manat məbləğində güzəşt tətbiq edilmiş, Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunmuş güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 50 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilmişdir. Eyni zamanda “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizi ödəmiş istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi üçün xidmət göstərilmişdir.

Ümumilikdə, Xüsusi Komissiyanın keçirdiyi səyyar iclaslarda respublikanın 27 rayonunu əhatə etməklə 472 istifadəçiyə lizinqə verilmiş 976 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarına 6 128 535,06 manat məbləğində güzəşt tətbiq edilmiş, istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 313 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarının istifadəçilərin mülkiyyətə verilməsi təmin edilmişdir.

Xəbərlər
2019-07-17
Azərbaycanda bu günədək 3086495 ton taxıl yığılıb
ətraflı oxu
2019-07-16
“Aqrolizinq” ASC-nin regional nümayəndəlikləri karbamid gübrəsi ilə təmin olunur
ətraflı oxu
2019-07-08
Şamaxı rayonu ərazisində 32018 hektar taxıl sahəsi biçilib
ətraflı oxu
2019-07-08
SON MƏLUMAT: Azərbaycanda 2768652 ton taxıl yığılıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений