AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


ÖLKƏMİZDƏ İLK DƏFƏ OLARAQ QUBA RAYONUNDA "FERMER EVİ" İSTİFADƏYƏ VERİLİB.


ÖLKƏMİZDƏ İLK DƏFƏ OLARAQ QUBA RAYONUNDA "FERMER EVİ" İSTİFADƏYƏ VERİLİB
ÖLKƏMİZDƏ İLK DƏFƏ OLARAQ QUBA RAYONUNDA "FERMER EVİ" İSTİFADƏYƏ VERİLİB
Noyabrın 25-də ölkəmizdə ilk dəfə Quba rayonunda “Fermer evi” istifadəyə verilib. Rayonun Timiryazev kəndində pilot layihə əsasında açılan “Fermer evi” 2015-ci ilin respublikada “Kənd təsərrüfatı ili” elan olunması ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində yaradılıb.

Kənd təsərrüfatı naziri Heydər Əsədov açılış mərasimində çıxış edərək dövlətimizin başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb, həyata keçirilən institusional islahatlar, aqrar sektorda baş verən köklü dəyişikliklər, bu sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar barədə ətraflı məlumat verib. Bildirilib ki, fermerlərə qarşılaşdıqları problemlərin həllində operativ yardım göstərilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə ilk dəfə olaraq Quba rayonunda “Fermer evi” pilot layihəsi həyata keçirilib. 
ÖLKƏMİZDƏ İLK DƏFƏ OLARAQ QUBA RAYONUNDA "FERMER EVİ" İSTİFADƏYƏ VERİLİB
ÖLKƏMİZDƏ İLK DƏFƏ OLARAQ QUBA RAYONUNDA "FERMER EVİ" İSTİFADƏYƏ VERİLİB“Fermer evi”nin yaradılmasında əsas məqsəd Quba, Xaçmaz, Siyəzən və Şabran rayonlarında becərilən məhsulların istehsalçıdan istehlakçıya çatanadək, dəyər zənciri boyunca olan bütün proseslərdə fermerlərə vahid mərkəzdən dəstək göstərmək və fəaliyyətlərinin koordinasiyasını təşkil etməkdən ibarətdir. Bununla yanaşı, “Fermer evi”ndə fermer və sahibkarlara regionda kənd təsərrüfatı məhsulları istehsalında, texnikanın, eləcə də torpağın, suyun, genetik ehtiyatların və ətraf mühitin qorunması istiqamətində ortaya çıxan problemlərin həlli üsulları öyrədiləcək.

Nazir Heydər Əsədov bildirib ki, fermer və sahibkarlar burada yüksək və keyfiyyətli məhsul əldə etmək üçün müxtəlif kənd təsərrüfatı bitkilərinin becərilmə texnologiyası, heyvandarlığın yeni tələblər səviyyəsində inkişafı, kənd təsərrüfatı məhsullarının marketinqi, kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərə qarşı əlaqəli mübarizə tədbirləri sistemi üzrə məsləhətlər ala biləcəklər. Daxil olan müraciətlərin vahid mərkəzdən əlaqələndirilməsi və idarə edilməsi fermerlərə bazara çıxışı asanlaşdıracaq. Onlar kənd təsərrüfatı bazarları və məhsullarının qiymətləri barədə məlumatla təmin ediləcək, bilik və bacarıqlarının artırılmasına dəstək veriləcək.
ÖLKƏMİZDƏ İLK DƏFƏ OLARAQ QUBA RAYONUNDA "FERMER EVİ" İSTİFADƏYƏ VERİLİB
ÖLKƏMİZDƏ İLK DƏFƏ OLARAQ QUBA RAYONUNDA "FERMER EVİ" İSTİFADƏYƏ VERİLİB“Fermer evi”nin məsləhətçiləri məlumat bazasındakı mövcud biznes planlar, heyvanların yem rasionu, toxum dövriyyəsi, texniki üsullar, xəstəliklər və onlara qarşı mübarizə, dağlıq bölgələrdə ekoloji təmiz məhsulların istehsalı və digər əlaqəli sahələrə dair fermerlərə məsləhət xidməti göstərəcəklər. Burada yaradılan təlim mərkəzində isə fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər, seminarlar təşkil ediləcək, fermerlər tədris materialları ilə təmin olunacaqlar. Sahibkarlara məhsulun istehsalı ilə yanaşı, satışında da kömək göstəriləcək. 

Tədbirdə “Fermer evi”nin internet portalı barədə də məlumat verilib. Burada fermerlər üçün kənd təsərrüfatına aid kitab və broşürlər, bazar və qiymətlər, eləcə də güzəştli kreditlərin şərtləri barədə məlumatlar, əkinin necə aparılması, toxumların yoxlanılması, torpaqla necə davranmaq barədə videogörüntülər yerləşdirilib. İnternet resursu fermerlər üçün daim yenilənən ensiklopediya funksiyasını yerinə yetirəcək. Fermerin sualları və ya problemi barədə məlumat aidiyatı əməkdaşa yönəldilərək qısa müddət ərzində həll olunacaq. Beləliklə fermerlərin kompyuter və ya smartfon vasitəsilə “Fermer evi”nin bütün xidmətlərinə çıxışı təmin edilib. 
ÖLKƏMİZDƏ İLK DƏFƏ OLARAQ QUBA RAYONUNDA "FERMER EVİ" İSTİFADƏYƏ VERİLİB
ÖLKƏMİZDƏ İLK DƏFƏ OLARAQ QUBA RAYONUNDA "FERMER EVİ" İSTİFADƏYƏ VERİLİB“Fermer evi”nin açılış mərasimində Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumlarının əməkdaşları, rayon rəhbərliyi, İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri, Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana, Avropa İttifaqının Azərbaycan Respublikasın- dakı nümayəndə- liyinin rəhbəri səfir Malena Mard, Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Lesçenko və digər beynəlxalq bank təşkilatlarının rəhbərləri, fermerlər, sahibkarlar iştirak ediblər.

Açılış mərasimindən sonra tədbir iştirakçıları “Fermer evi”ndə yaradılan şəraitlə yaxından tanış olublar.
Tədbir çərçivəsində nazir Heydər Əsədov İsrailin Rivulis şirkətinin və Hindistanın Sonalika şirkətinin istehsal etdiyi kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlarına baxış keçirib.
Nazir tədbirdə iştirak edən ölkələrin səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, bank işçiləri ilə işgüzar görüş keçirmiş və gələcək yeni layihələrin perspektiv imkanları müzakirə olunmuşdur.
Daha sonra nazir Heydər Əsədov şimal regionundan olan fermer və sahibkarlarla görüşüb, onlara dövlətimiz tərəfindən sahibkarlığın inkişafı üçün yaradılan güzəştlərdən yararlanmağa səsləyib. Bildirilib ki, bu vaxtadək Xüsusi Komissiyanın qərarına əsasən “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən 3 min 667 istifadəçiyə 11 min 748 ədəd kənd təsərrüfatı texnikasına görə 44 milyon 491 min 79 manat güzəşt tətbiq olunub.Tədbirdə Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonları üzrə 100-ə yaxın istifadəçiyə lizinqlə verilən 1 milyon 840 min 449 manat məbləğində 148 ədəd kənd təsərrüfatı texnikasına 658 min 839 manat güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunmuş güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılıb, o cümlədən güzəşt tətbiq edildikdən sonra 60 ədəd texnikanın istifadəçinin mülkiyyətinə verilməsi və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib. Eyni zamanda, “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi məqsədilə xidmət göstərilib.
Bölgə fermerləri diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Xəbərlər
2019-07-17
Azərbaycanda bu günədək 3086495 ton taxıl yığılıb
ətraflı oxu
2019-07-16
“Aqrolizinq” ASC-nin regional nümayəndəlikləri karbamid gübrəsi ilə təmin olunur
ətraflı oxu
2019-07-08
Şamaxı rayonu ərazisində 32018 hektar taxıl sahəsi biçilib
ətraflı oxu
2019-07-08
SON MƏLUMAT: Azərbaycanda 2768652 ton taxıl yığılıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений