AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


XAÇMAZ RAYONUNDA TƏDBİR KEÇİRİLMİŞDİR

Bu gün Xaçmaz şəhərində “Aqrolizinq” ASC-dən lizinq yolu ilə kənd təsərrüfatı texnikaları əldə etmiş istifadəçilərə yerlərdə səyyar xidmət göstərilməsi məqsədilə Xüsusi Komissiyanın növbəti iclası keçirilmişdir. Səyyar tədbirin keçirilməsinin əsas məqsədi texnikanın ilkin dəyərinə tətbiq edilən güzəştlərin, onların vaxt itkisinin qarşısının alınmasıdır.

İclasda Xüsusi Komissiyanın sədri Mikayıl Nuriyev çıxış edərək fermerlərə göstərilən dövlət qayğısından, gübrələrə, XAÇMAZ RAYONUNDA TƏDBİR KEÇİRİLMİŞDİRXAÇMAZ RAYONUNDA TƏDBİR KEÇİRİLMİŞDİRkənd təsərrüfatı texnikalarına tətbiq olunan güzəştlərdən danışmış, ölkə başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı son dövrlərdə imzaladığı Qərar və Sərəncamlar barədə ətraflı məlumat vermişdir. Mikayıl Nuriyev rayonlarda yaşayan lizinq alanların gediş-gəlişinin asanlaşdırılması, vaxt itkisinin qarşısının alınması, onlara yerində əməli köməklik göstərilməsi məqsədilə Xüsusi Komissiyanın belə səyyar iclaslarının gələcəkdə respublikanın digər regionlarında da keçirilməsinin nəzərdə tutulduğunu qeyd etmişdir.

XAÇMAZ RAYONUNDA TƏDBİR KEÇİRİLMİŞDİRİclasda Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonları üzrə 76 istifadəçiyə 696 042,0 manat məbləğində güzəşt tətbiq edilmiş, Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunmuş güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılmış, o cümlədən güzəşt tətbiq edildikdən sonra texnikanın 14 istifadəçinin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilmişdir. Eyni zamanda “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi üçün xidmət göstərilmişdir.

Tedbirin sonunda bölgə fermerləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.        

Xəbərlər
2019-09-19
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir
ətraflı oxu
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений