AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİ PEŞƏ BAYRAMLARINI QEYD EDİBLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamına əsasən, noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.

Bu münasibətlə Kənd Təsərrüfatı Nazirliyinin kollektivi oktyabrın 31-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub.

Görkəmli oftalmoloq alim, aka

KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİ PEŞƏ BAYRAMLARINI QEYD EDİBLƏR

demik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, məzarları üstünə tər çiçəklər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Bayram tədbirində nazir Heydər Əsədov kənd təsərrüfatı sahəsində ulu öndər Heydər Əliyevin başladığı islahatların uğurla həyata keçirilməsindən, Prezident İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalçılarına qayğısından, əldə edilən uğurlardan və qarşıda duran vəzifələrdən danışıb. O qeyd edib ki, Prezident İlham Əliyev kənd təsərrüfatının ərzaq təhlükəsizliyində və qeyri-neft sektorunun inkişafında mühüm rolunu nəzərə alaraq, 2015-ci ili Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edib və bununla da aqrar sektorun inkişafında yeni mərhələ başlayıb. Prezidentin tapşırığı ilə hazırlanan tədbirlər planında kənd təsərrüfatı məhsulları istehsalının dəstəklənməsi, şəffaflığın təmin edilməsi, elmi təminatın və kadr hazırlığının yaxşılaşdırılması, informasiya texnologiyaları üzrə infrastrukturun gücləndirilməsi və elektron kənd təsərrüfatı sisteminin yaradılması və digər bu kimi mühüm vəzifələr əksini tapıb.

Azərbaycanda aqrar islahatların həyata keçirilməsinə və kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirildiyini qeyd edən nazir bildirib ki, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və qabaqcıl dünya təcrübəsinin öyrənilməsi istiqamətində davamlı işlər bundan sonra da davam etdiriləcək.

Nazir Heydər Əsədov Prezident İlham Əliyevin sərəncamları ilə bir qrup kənd təsərrüfatı işisinin fəxri ad və mükafatlarla təltif olunduğunu diqqətə çatdırıb, aqrar sektorda çalışanlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Prezident Administrasiyası- nın aqrar siyasə

KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİ PEŞƏ BAYRAMLARINI QEYD EDİBLƏR

t məsələləri şöbəsinin müdir

KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİ PEŞƏ BAYRAMLARINI QEYD EDİBLƏR

i Azər Əmiraslanov dövlətimizin qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatı sahəsinə xüsusi önəm verdiyini deyib və bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs edib. Sonra A.Əmiraslanov kənd təsərrüfatının inkişafında xidmətlərinə görə bir qrup əməkdaşın fəxri adlar və medallarla təltif olunması haqqında Prezident İlham Əliyevin sərəncamlarını oxuyub.

Kənd Təsərrüfatı  Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı   Federasiyasının sədri Tofiq Quliyev Kənd Təsərrüfatı İşçiləri Günü münasibəti ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin kənd təsərrüfatı işçilərinə ünvanlanmış müraciətini nazir Heydər Əsədova təqdim etdi.

ADAU-nun rektoru, professor İbrahim Cəfərov universitetin müəllim və professor heyəti adından kənd təsərrüfatı işçilərini bayram münasibəti ilə təbrik etmiş və universitetdə baş verən köklü dəyişikliklər, mövcud maddi-texniki bazası, təhsilin səviyyəsi, kadr hazırlığı barədə geniş məlumat verdi.

Digər çıxış edənlər də aqrar sahədə aparılan islahatların müsbət nəticələrindən, görülən işlərdən, dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan danışıblar. Çıxışlarda yüksək məhsuldarlığa və səmərəliliyə, qabaqcıl texnologiyaların tətbiqinə, yerli məhsulların rəqabət qabiliyyətinin artırılmasına nail olunacağı vurğulanıb.

Fermer Əhməd İbrahimov onlara göstərilən dövlət dəstəyini yüksək qiymətləndirə- rək, bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Sonra fəaliyyətlərində fərqlənən bir qrup işçiyə mükafatlar təqdim olundu.

Bayram tədbirinin sonunda iştirakçılar adından Prezident İlham Əliyevə müraciət qəbul edildi.

Xəbərlər
2019-09-19
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir
ətraflı oxu
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений