AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Ana səhifə /MİNERAL GÜBRƏ, BİOHUMUS VƏ PESTİSİDLƏRİN SATIŞI / RENUMBRA 500 SL

RENUMBRA 500 SL

SUDA HƏLL OLAN KONSENTRAT (SL)

500 qr/lt 2,4-D Acid-ə bərabər tərkibində Dimethyl amin duzu var.

(2,4-dichlorophenoxy)acetic acid

İSTİFADƏ OLUNDUĞU  BİTKİLƏR  VƏ YABANİ OTLAR

 

Bitki adı

 

 

Alaq adı

 

Dozası

YARMA

Geniş yarpaqlı tək illik  yabanı otlar

Cığvari şingillə (Chondrilla juncea)

Ərəb Paxlası (Vaccaria pyramidata)

At quyruğu (Equisetum arvense)

Quşəppəyi (Capsella bursa-pastoris)

Çoban dəyənəyi (Polygonum aviculare)

Durna otu (Erodium hoefftianum)

Düyün çiçəyi (Ronunculus arvensis)

Siçan qulaqlı buynuz otu

(Ceratium perfoliatum)

Gəlincik (Papaver rhoeas)

Günəş çiçəyi (Centaurea solstitialis)

Yabanı xardal (Sinapis arvensis)

Xoruz gülü (Adonis spp.)

Ağımtıl tərə (Chenopodium album)

Bülbül otu (Senecio vulgaris)

Lərgə (Lathyrus spp.)

Peyğəmbər çiçəyi (Cephalaria syriaca)

Pıtraq (Turgenia latifolia)

Sığır dili (Anchusa leptopylla)

Daş yoncası (Lotur indica)

Yabanı tərə (Lepidium draba)

Dovşan çörəyi (Cerinthe minor L.)

Durna dimdiyi (Geranium spp.)

Qan damlası (Adonis flammae)

Karamuk (Agrostemma githago)

Adi kasnı (Cichorium intybus)

Anadolu şahtərəsi (Fumaria kralikii)

Həqiq şahtərə (Fumaria officinalis)

Adi şahtərə (Fumaria vaillantii)

Ballıbaba (Lamium amplexicaule)

Yabani lərgə (Lathyrus aphaca)

Daşkəsən ot (Buglossoides arvensis)

Ətirli sarı daş yoncası

(Melilotus officinalis)

Yabanı turp (Raphanus raphanistrum)

Sarı reseda (Reseda lutea)

Dərman şüvərəni (Sisymbrium officinale)

Quş otu (Stellaria media)

Yemlik (Tragopogon latifolia )

Yovşan otu(Veronica chamaedrys)

Tarla it çobanyastığı

(Anthemis arvensis)

 

 

 

 

 

 

 

 

 

Qardaşlanma dövrünün başlanğıcında 1,6 l/ha, qardaşlanma dövrünün sonunda 2 lt / ha preparat dozada istifadə edilir.  Qaradəniz bölgəsində gec dövrdə 3 lt / ha bərabər doza istifadə edilir.(Polikültür kənd təsərufatı ilə məşğul ounan bölgələr üçün məsləhət görülür.)

 

 

Yabani əməköməci(Malva sylvestris)

Kiçik pıtraq(Caucalis platycarpos)

Çobanyastığı(Anthemis spp.)

Sütləyən(Euphorbia micropshaera)

Siçan qulağı(Anagallis arvensis)

Yabanı noxud (Vicia spp.)

Yabanı çüyüt otu (Isatis tinctoria)

Zəng çiçəyi (Campanula rapunculoides)

Yabanı tikanlı süddəyən (Lactuca serriola)

Hazeran (Consolida anthoroidea)

Yabanı qərənfil (Dianthus anatolicus)

 

QARĞIDALI

Qırmızı köklü tülkü quyruğu

(Amaranthus retroflexus)

Ağımtıl tərə (Chenopodium albus)

Boz ot (Heliotripium europaeum)

Yabanı turp (Raphanus raphanistrum)

Yabanı xardal (Sinapis arvensis)

Tarla südotu (Sonchus arvensis)

 

2 lt / ha çıxış sonrası  uyğundur. Qarğıdalılar 2-4 yarpaqlı dövrdə olmalıdır.

 

İSTİFADƏ QAYDASI:

Yabanı otların sürətli inkişaf etdiyi dövrlərdə dərmanlama edildiyində daha yaxşı nəticə alınır. 1 dekaara istifadə ediləcək ideal su miqdarı 10-20 litrdir. Dərmanlamada yelpik tipli məmələr istifadə edilərsə daha yaxşı nəticə alınar. Çox küləkli havalarda və istiliyin 10-12 ºC –dən aşağı olması halında istifadə etməyin.

DƏRMANIN İSTİFADƏYƏ HAZIRLANMA QAYDASI:

RENUMBRA 500 SL su ilə asan qarışır. Lazımi miqdar dərman əvvəlcə bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin yarısına qədər su ilə dolduru, içərisinə bu məhlul tökülür və qalan lazımi su miqdarı əlavə edilərək qarışdırılır. 1 dekaara istifadə ediləcək su miqdarı dərmanlama alətinə taxılı məməyə və traktorun sürətinə görə dəyişə biləcəyindən pulverizatoru dərmanlanacaq sahənin şərtlərində hazırlanaraq lazımi su miqdarı müəyyən edilməli və dərman ona görə alətə tökülməlidir.

 Qarışdırılma şərtləri:

Sulu yarpaq gübrələri ilə qarışdırıla bilər.

 İstifadə edərkən və saxlayarkən diqqət ediləcək xüsusiyyətlər:

 Arılar üçün zəhərlidir. Çiçəklənmə zamanı istifadə etməyin.

  • Balıqlar üçün zəhərlidir, axar su və digər suları bu dərmanla çirkləndirməyin.
  • Tövsiyə edilən dozalarda istifadə edildiyində fitotoksik reaksiya baş vermir.
  • Bitki qoruma məhsulunu öz qutusunda qapalı olaraq saxlayın.
  • Boş qutuları təkrar istifadə etməyin və üsuluna görə məhv edin.

 SAXLAMA VƏZİYYƏTİ:

Normal (sərin və quru) vəziyyətdə saxlandığı halda 2 il müddətində saxlamaq mümkündür. Hər hansı fiziki, kimyəvi və bioloji vəziyyətində bir dəyişiklik olmaz.

 İSTEHSALÇININ BƏYANATI:

Orijinal  qablaşdırmalarda satılmaq şərti ilə istehsalçı dərmanların keyfiyyətinə zəmanət verir. Saxlanma şərtləri pozulduqda və ya istifadə qaydalarına uyğun dərmanlama həyata keçirilmədikdə məhsulun keyfiyyətinə zəmanət verilmir.

TƏHLÜKƏ ÖZƏLLİYİ:

Xn: ZƏRƏRLİ                                                     

TƏRKİBİ:        

Dərmanın tərkibində 2,4-D Acid var.

İcraedici və ətraf mühit ilə bağlı risk ibarələri və açıqlamaları:

R22- Dərmanın udulması sağlamlığa ziyandır.

R37- Tənəffüs sistemini açışdıra bilər.

R41- Gözdə ciddi xəsarət riski.

R43- Dəridə acışma yarada bilər.

R52/53- Rütubətli orqanizmlər üçün ziyandır. Rütubətli şəraitdə uzun müddət qaldığı halda əks təsirlərə səbəb ola bilər.

Təhlükəsizlik ibarələri və açıqlamaları:

S2- Uşaqlardan uzaq yerdə saxlayın.

S13- Qida və heyvan yemindən uzaq tutun.

S29/56- Kanalizasiya sisteminə boşaltmayın. Artıq qalanını və qabını təhlükəli maddə utilizasiyası ilə məşğul olan idarələrə təhvil verin.

S36/37/39- Müvafiq qoruyucu əlcək, qoruyucu eynək/maska istifadə edin.

S46- Təsadüfən içilərsə təcili olaraq həkimə müraciət edin və etiketi həkimə göstərin.

Əvvəlcə etiketdəki məlumatları oxuyun.

Evdə istifadə etməyin.

Uşaqlardan və qidalardan uzaqda saxlayın.

Dəriyə və gözə təmasından çəkinin.

Dərmanın zərrəciklərini və buxarı ilə tənəffüs etməyin.

Dərmanlama zamanı qoruyucu geyim, əlcək maskadan istifadə edin.

Dərmanlama zamanı heç nə yeməyin və siqaret çəkməyin.

Dərmanlanmış sahəyə 7 gün müddətində insan və heyvan daxil olması onun sağlamlığı üçün təhlükəlidir.

İstifadə olunan dərmanın boş qabının dörddə birinə təmiz su doldurub yaxşıca çalxalayın və bu suyu alətin dərman əlavə edilən qabına boşaldın. Bu prosesi 3 dəfə təkrarlayın.

 Bu dərmanın tövsiyə edilən bitkilərdən xaric başqa bitkilərə istifadəsi sağlamlığınız üçün təhlükəlidir.

 Zəhərlənmə simptomaları:

Ağza alındığında qusma, ishal, reflekslərdə azalma, bədən fəaliyyətində uyğunsuluq yarana bilər. Nəbz sürəti artar, hətta bəzi hallarda ölümlə nəticələnə bilər. Heyvanlar üzərində edilən testlərdə qaraciyər və böyrəklərə ziyan verdiyi qeydə alınmışdır. Dəriyə təmas edərsə ləkə şəklində qala bilər.

İlk yardım tədbirləri:

İstənilən halda ilk yardım tədbirindən sonra dərhal həkiminə müraciət edin. Dərmanın etiketini və ya qabını həkimə göstərin.

Dəriyə təmas etdisə dərmana bulaşmış geyimi çıxarın və təmas edən hissəni su və sabunla yuyun. Gözə dəyibsə göz qapaqları açıq şəkildə yavaş axan suda ilə 10-15 dəqiqə yuyun.

Vaksin və müalicə üçün lazımi bilgilər:

Xüsusi vaksini yoxdur. Dərmanın ağızdan qəbulundan şübhələnirsinizsə, mədə duzlu və ilıq su ilə içilərək yuyularaq qusdurulmaldır.

RESPUBLİKA TOKSİKOLOGİYA MƏRKƏZİ TEL:

(+994 12) 597-99-20, (+994 12) 597-99-24

 

 

* Sizin axtarshiniza uygun hich bi shey tapilmadi
Xəbərlər
2018-11-14
NAZİR İNAM KƏRİMOV TƏRTƏR RAYONUNDA VƏTƏNDAŞLARLA GÖRÜŞƏCƏK
ətraflı oxu
2018-11-14
“AQROLİZİNQ” ASC-NİN NÜMAYƏNDƏLƏRİ XAÇMAZDA REGİONUN FERMER VƏ SAHİBKARLARI İLƏ GÖRÜŞ KEÇİRƏCƏKLƏR
ətraflı oxu
2018-11-12
“AQROLİZINQ” ASC TƏRƏFİNDƏN BU İL ÖLKƏYƏ 138,9 MİN TON MİNERAL GÜBRƏ GƏTİRİLİB
ətraflı oxu
2018-11-12
AYAZ QƏDİROV: “ELEKTRON AQROLİZİNQ SİSTEMİ FERMERLƏRİN İŞİNİ ASANLAŞDIRACAQ”
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений