AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Ana səhifə /MİNERAL GÜBRƏ, BİOHUMUS VƏ PESTİSİDLƏRİN SATIŞI / Mineral gübrələrin saxlanması və daşınması üçün təhlükəsizlik qaydaları

 

 

 

 

 

 

 

 

 

Mineral gübrələrin saxlanması,

daşınması və istifadəsi üçün əməyin

mühafizəsi  və  təhlükəsizlik  texnikasına  dair

T Ə L İ M A T

Bu təlimat  “Pestisidlər  və  aqrokimyəvi  maddələr  haqqında” Azərbaycan   Respublikasının  Qanununun tələblərinə və “Aqrar bölmədə  lızınqin genişləndirilməsi sahəsində  əlavə  tədbirlər haqqında” Azərbaycan Respublikası  Rrezidentinin 23 oktyabr 2004-cü il tarixli 468 nömrəli Sərəncamına əlavə edilməsi barədə 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli sərəncamına əsasən hazırlanmışdır.

“Aqrolizinq” ASC-nin əmri ilə mineral  gübrələrin  qəbulu,  saxlanması  və anbarlardan  buraxılması  zamanı  müvafiq  təlimat  qaydalarına əməl olunmasına məsuliyyət müdirin, anbardarın  və  ya  başqa vəzifəli şəxsin üzərində saxlanılır. Həmin  şəxslər mineral gübrələrin anbarlardan  qorunub-saxlanmasına, anbarlarda iş zamanı təhlükəsizlik qaydalarına  əməl  olunmasına, anbar uçotu kitabında  mineral gübrələrin mədaxili və məxaricinə dair vaxtında,dəqiq qeydiyyat aparılmasına məsuliyyət daşıyırlar. Həmçinin mineral gübrələrin və başqa maddi qiymətlərin qalığına dair tələb olunan müddətlərdə hesabat təqdim etməlidirlər.

Anbarlarda hər bir gübrə növü hərəkət etdirilə bilən, yaxud yığılıb-sökülən arakəsmələrdən dəstləşdirilən ayrıca bölmələrdə qorunub-saxlanılmalıdır. Hər bir bölmənin daimi nömrəsi və gübrələrin adı, təsiredici maddələrin faizlə miqdarı yazılan etiketi olmalıdır. Gübrələri anbara yığarkən həcm ölçülərinin çəki göstəricilərinə çevirilməsi cədvəlindən istifadə etmək tövsiyyə olunur əlavə 1.

Uyğunlaşdırılmış binalarda və anbarlarda mineral gübrələr saxlanılan zaman  aşağıdakı qaydalara əməl olunmalıdır:

*mineral gübrələrin müxtəlif növlərinin və formalarının qarışdırılmasına yol verilməməlidir;

*qablaşdırılmış formada olan gübrələr 12-15 yaruslu ştabellərdə qalaq vurulmalı, qalağın dayanıqlığının artırılması məqsədilə kisələr çarpaz şəkilində yığılmalıdır;

*qabsız gətirilən gübrələr tığlarda saxlanılmalı, tığların hündürlüyü 2,5-3,4 m, dənəvər superfosfatın, fosforit ununun və tomasşlaq qalağının hündürlüyü isə maksimum 5-6m olmalıdır;

*anbar binasının ətrafında su axıdan kanal qazılmalı və içərisi vaxtlı-vaxtında təmizlənməlidir;

*havalar quraq keçdikdə gübrə anbarlarının havası dəyişdirilməlidir;

*gübrə anbarları yaşayış və ictimai binalardan ən azı 200m məsafədə yerləşdirilməlidir;

*ammonium şoras (slitra) saxlanılan anbarlarda pəncərə, qapı və darvazadan başqa ağacdan düzəldilmiş digər əşyaların quraşdırılması qadağandır;

*mineral gübrələrlə bir anbarda yanar maddələr (neft məhsulları, saman və sairə ) saxlamaq qadağan olunur:

*kənd təsərrüfatı maşınlarının, avadanlıqlarının və ehtiyat hissələrinin mineral gübrələrlə bir anbarda saxlanılmasına icazə verilmir;

*ammonium şoras bitium kağız və polietilen kisələrdə olmaqla xüsusi ayaqlı altlıq üzərinə yığılmalıdır. Ştabellər arasında həmçinin şrabellərlə binanın divarı arasında 1m enində məsafə saxlanılmalıdır (gediş-gəliş  üçün) Bir ştabelə yığılmış gübrənin miqdarı 120 tondan çox olmamalıdır. Oksidləşdirici maddə olmaqla partlayış törədə bilan ammonium şoras saxlanılan anbarlarda siqaret çəkmək, açıq alovdan,qızdırıcı cihazıardan istifadə etmək olmaz;

*yanğın baş verdikdə alovu söndürmək məqsədilə yalnız sudan istifadə etmək lazımdır.Yanğını söndürən zaman əmələ gələn oksidləşmiş azot qazlarınından qorunmaq üçün əleyhqazdan istifadə etmək lazımdır;

*yükləmə və boşaltma zamanı itkinin qarşısını almaq üçün anbarın döşəməsi mütləq xassələri dəyişir.onlar nəmləşir və dənəvərliyi itir;

*Anbarda, yaxud kənarda mineral gübrələrlə (ammonium nitratla) işlədikdə müvafiq təlimat qaydalarına uyğun olaraq bütün işçilər fərdi mühafizə vasitələri ilə ( kombinizon. rezin əlcək. raspirator. rezin və ya gön çəkmə. eynək ) təmin olunmalıdırlar;

*maye ammonyakla işləyən zaman təhlükəsizlik qaydalarına xüsusilə dəqiq           əməl olunmalıdır. Maye ammonyakın daşınması və saxlanılması zamanı o, yalnız ağzı germetik bağlanan rezervatorlarda olmalıdır;

*gübrələr və əhəng materialı ilə işləməyə 18 yaşdan yuxarı şəxslərə icazə verilir.

Bütün işçilər (anbardar, fəhlələr, mexanizatorlar və c.) işə başlamazdan əvvəl texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə təlimatlandırılmalı,eyni zamanda kitabda qeyd olunmalıdır.Əməyin mühafizəsi və sanitariya qaydalatına dair təlimatlar anbarda diqqətçəkən yerdən asılmalıdır.

* Sizin axtarshiniza uygun hich bi shey tapilmadi
Xəbərlər
2017-06-12
NAZİR HEYDƏR ƏSƏDOV YEVLAX ŞƏHƏRİNDƏ YEVLAX, GORANBOY, GÖYGÖL, SAMUX VƏ DAŞKƏSƏN RAYONLARININ SAKİNLƏRİ İLƏ GÖRÜŞÜB
ətraflı oxu
2017-04-12
MEXANİZATORLARIN NƏZƏRİNƏ
ətraflı oxu
2017-04-10
NAZİR HEYDƏR ƏSƏDOV APRELİN 7-DƏ AĞSTAFA, QAZAX, TOVUZ, ŞƏMKİR VƏ GƏDƏBƏY RAYONLARINDAN OLAN VƏTƏNDAŞLARI QƏBUL EDİB
ətraflı oxu
2017-04-07
ŞİRVAN ŞƏHƏRİNDƏ PAMBIQÇILIĞIN İNKİŞAF ETDİRİLMƏSİ İLƏ ƏLAQƏDAR ALINAN YENİ KƏND TƏSƏRRÜFATI TEXNİKALARININ SƏRGİ-TƏQDİMATI OLUB
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений