AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Ana səhifə /ZƏHMƏTKEŞ KURSU / Kombayn sürücüləri üçün təhlükəsizlik qaydaları

Taxılyığan kombaynların sürücüləri üçün təhlükəsizlik

Q A Y D A L A R I

1.Ümumi təhlükəsizlik tələbləri.

1.1.     Taxılyığan kombaynların idarə olunmasına icazə 18 yaşı tamam olmuş və sürücülük vəsiqəsi olan şəxslərə verilir. Sürücü köməkçinin yaşı 18-dən az olmamalıdır.

1.2.     Məhsul yığımında iştirak edən kombayn sürücüləri,onların köməkçiləri eləcə də işə cəlb olunan digər şəxslər xüsusi proqram üzrə hazırlanmış əməyin mühafizəsi və yanğına qarşı təlim keçməlidirlər.Əməyin mühafizəsi  və yanğına qarşı təlim keçməyən şəxslərin məhsul yığımında iştirak etməsinə icazə verilməməlidir.

1.3.     Kombaynçı mexanizator yalnız rəhbərlik tərəfindən verilən tapşırığı yerinə yetirir bu şərtlə ki, həmin işin təhlükəsizliyini bilir.

1.4.     İşə başlamamışdan əvvəl xüsusi geyimdən (kombinezon), baş örtüyündən və ehtiyac olduğu hallarda qoruyucu eynəklərdən istifadə etmək lazımdır.

1.5.     Paltarları hərəkətdə olan mexanizmlərin yaxınlığında dəyişmək qadağandır.

1.6.     Təmir və tənzimləmə işləri təhlükəsizlik qaydalararına əməl olunmaqla aparılmalıdır.

1.7.    Kombaynlarda  əlavə oturacaqların qoyulması qəti qadağandır.

1.8.     Hətta yüngül alkoqol təsiri olan şəxslərə kombaynların idarə olunması qəti qadağandır.

2.Texniki xidmət zamanı təhlükəsizlik tədbirləri.

Texniki vəziyyətin və əsas qovşaqların tənzimlənməsinin yoxlanması

2.1.     İşə başlayarkən kombayn sürücüsü kardanın, dişli və qayışlı ötürücülərin hərəkətdə olan mexanizmlərin örtüklərinin saz olmasını yoxlamalıdır. Bunlar nasaz olduğu zaman işlərin aparılması qadağan olunur.

2.2.     Sükanın idarəetmə sistemi saz vəziyyətdə olmalıdır. Kombaynın sükanının dayaqları və dartıcıları ( yaxtaları ) çatsız,əyilməmiş, oymaları və şpilintləri saz vəziyyətdə olmalıdır. Sükanın lyüftü 15%-dan çox olmamalıdır. Kombayın sükanın idarəetmə sistemi nasaz vəziyyətdə olduqda idarə olunmasına icazə verilmir.

2.3.      Əyləcin dişli fiksatorunun,dartıcıların ( tyaqasının ),valın dəstəyinin zədəsiz

və kip olması, həmçinin əyləc pedalının sərbəst gedişi 15-20 mm-dən artıq olmamalıdır. Kombayının əyləc sistemi nasaz vəziyyətdə olarkən idarə edilməsi yol verilməzdir.

2.4.     Kombayn yumşaq və nəmli torpaqda işləyən zaman aparıcı təkərlərin pnevmatik  şinlərində  havanın  təzyiqi  1-1.5kq/sm,2  bərk  torpaqda 1-2.8ka/sm2 olmalıdır. Kombayının ön təkərlərində yumşaq və nəmli torpaqda işləyən zaman havanın  təziqi 1.5kq/sm2,  bərk  torpaqda 1 – 2.5 kq/sm2  olmalıdır. Təkərə hava vurulduqdan sonra təzyiq yoxlanmalıdır. Protektorları olmayan təkərlərin istifadəsi yolverilməzdir.

2.5.        İlişmə muftası tam qoşulmalı və ayrılmalıdır, onun sərbəst hərəkəti 20-25  mm olmalıdır.

2.6.        Sürətlər qutusunun öz-özünə keçidlər etməməsi üçün onun bloklaşma mexanizmin tənzimlənməli və saz vəziyyətdə olmalıdır.

2.7.        Hidravlik sistemində sızmanın olmaması üçün hermetiklik yoxlanılmalıdır.

2.8.        Kombaynda təmir üçün alətlər, qoruyucu tent, içməli su, ilkin tibbi yardım üçün ləvazimat və ilkin yanğın söndürmə vasitələri olmalıdır.

2.9.        Kombayının idarəetmə meydançası, oturacaqları, pilləkəni və məhəccəri təmiz və saz vəziyyətdə olmalıdır. İdarəetmə meydançasının və pilləkənə qıraq əşyaların qoyulması yolverilməzdir.

2.10.      Akkumulyator kombayına bərkidilməlidir və qapağı bağlanmalıdır, üst hissəsi  daim  təmiz  olmalı, klemalar  sıxılmalı, naqillər  texniki  vazelinlə sürtülməlidir.

2.11.     Elektrolitin səviyyəsini yoxlayan zaman ehtiyatlı olmaq lazımdır, bədənə və ya paltara düşərsə dərhal sabunla yuyulmalıdır.

2.12.     Kombayının altında işləyərkən sürücü altına taxta fanerka qoymalıdır. 

Mühərrikin yanacaq və su ilə doldurulması.                              

2.13.     İsti radiatora su əlavə  edəkən qapağı xüsusi əlcəklə açılmalıdır ki, əlləri yandırmasın.

2.14.      Əgər yanacaq dərinin üstünə düşübsə mütləq sabunla əlləri yumaq lazımdır.

2.15.     Yanacaq buxarının damcısı gözə düşübsə dərhal onları su ilə yuyub həkimə müraciət etmək lazımdır.

2.16.     Nahar etməzdən əvvəl əllərinizi və üzünüzü sabunla  yuyun.

 Jatkaya xidmət edərkən təhkükəsizlik təddirləri. 

2.17.     Jatkanın altında işləyərkən silindirin kranı bağlanır, altına xüsusi dayaq qoyulur.

2.18.     Dayaq  kimi  daş  kubik  və  digər  qeyri  standart  əşyalardan  istifadə edilməsinə icazə verilməməlidir.

2.19.     Kəsən aqreqat xüsusi təmizləyici ilə təmizlənməlidir.

2.20.     Bıcaqların  dəyişdirilməsi  mühərrik  söndürülmüş  vəziyyətində aparılmalıdır.

2.21.     Jatkanın  kombayna  birləşdirilməsi  zamanı  maili  kameranın  üzərində dayanmaq olmaz.

3. Taxılyığan kombaynların təhlükəsiz idarə olunması qaydaları. 

İşə başlamazdan  əvvəl

 3.1.     İşə başlamazdan əvvəl kombaynın sürücüsü işləyəcəyi ərazinin döngələri keçidləri relyefi ilə tanış olmalıdır.

3.2.     Kombayn sürücüsü işə başlamamış yaxınlıqda insanların olmamasından əmin olmalı, səs siqnalı verərək mühərriki işə salmalı və bütün mexanizmlərin saz vəziyyətdə  olmasını yoxlamalıdır.

3.3.     Mühərriki ancaq kombaynın sürücüsü işə salmalıdır.

3.4.     Kombaynı yedəkdə və sair yollarla işə salmaq qəti qadağandır.

3.5.     Hərəkət etməzdən əvvəl ətrafda heç kimə təhlükə yaratmayacağınıza əmin olduqdan sonra səs siqnalı verıb hərəkət etmək lazımdır.

  İş vaxtı

3.6.     Kombayn   sürücülük   vəsiqəsi  olmayan  şəxslərin  idarə  etməsinə icazə verilmir.

3.7.     Kabinanın  daxilində   əlavə  şəxslərin  olması yolverilməzdir.

3.8.     İşlək mexanizmlərin  yoxlanılması, tənzimlənməsi, kəsiçi hissələrin təmizlənməsi,  remenlərin  bərkidilməsi  və  təmiri  kombaynın  mühərrikinin söndürülmüş vəziyyətində aparılmalıdır.   

3.9.       Ayaq  üstə  kombaynı  idarə  etmək  qəti qadağandır.

3.10.     Döngələrdə kombayını sürətlər qutusunun 2- ci pilləsinə sürəti saatda 3-4 km–dən çox olmamaq şərti ilə idarə edilməlidir.

3.11.     Buğdanı kombaynın bunkerindən əllə, ayaqla və ya digər əşyalarla yük boşaldan  şnekə tərəf ötürmək olmaz. Bunun üçün taxta beldən   istifadə  etmək lazımdır.

3.12.     Xidmətçi şəxslərin kombayndan  buğdanı avtomaşına boşaltması zaman avtomaşının  yük  yerində  əyləşmək,  kombaynın  yükboşaldan  şnekinin altında dayanmaq  avtomaşından  kombayna  və  geriyə  keçmək  qəti qadağandır.

3.13.     Avtomaşının yük yerində buğdanın hamarlanması zamanı xidmətçi personala külək döyən tərəfdə dayanmaq olmaz.

3.14.     Yük yeri buğda ilə dolu olan avtomaşında xidmətçi personalın getməsi qadağan olunur.

3.15.     Xidmətçi personalın kombaynın yanında, altında, yol qırağında, taxıl sahəsində  və s. yerlərdə istirahət etməsi qəti qadağandır. İstirahətə ancaq taxıl sahəsindən kənarda xüsusi və aydın görünən yerlərdə icazə verilir.

3.16.     Güclü yağış yağan zaman və şimşək çaxanda kombaynın işi dayandırmalı və maşını tərk edərək 80 metr aralı məsafəyə çəkilmək lazımdır.

3.17.     Şimşək çaxan zaman zəmidə yüksək gərginlikli elektrik xətlərindən ən azı 20 metr aralı məsafədə dayanmaq olar.

3.18.     Yağışdan sonra kanaldan, yamaclardan, döngələrdən və s. yerlərdən ən aşağı sürətlə keçmək lazımdır.

Yamacda iş zamanı təhlükəsizlik tədbirləri. 

3.19.     Sərt yamaclarda işlərə başlamazdan əvvəl ərazi ilə tanış  olmaq lazımdır.

3.20.     İşlərə başlamazdan əvvəl ərazidə  uçurumlar, sərt yamaclar və dərin çalalar xüsüsi nişanlarla qeyd olunmalıdır. Kombaynın dönmə ducağı uçurum və sərt yamaclarla 10 metr məsafədə olmalıdır.

3.21.     Yamacların  mayillilik  dərəcəsi  15%  çox  olmayan  yerlərdə  işləməyə icazə verilir.

3.22.     Sərt yamaclar və uçurumlar olan ərazilərdə ən aşağı sürətlə sürmək məsləhət görülür. Belə ərazilərdə gecələr işləmək qadağan olunur.

3.23.     Kombaynı sərt yamacların və yarğanların yaxınlığında saxlamaq olmaz. Dayanmağa zərurət yaransa ilk növbədə mühərriki söndürərək təkərlərin altına xüsusi altlıqlar qoyulmalıdır.

3.24.     Yamacda kombaynın təkərləri yerində fırlanarsa, mühərriki söndürüb kömək üçün çağrılmış traktorun gəlişini gözləmək və kombayını düz əraziyə yedəkdə aparmaq lazımdır.

3.25.     Yamacın eni üzrə taxıl yığımı aparılarsa, mütləq qaydada birtərəflik yığımaparılmalıdır, yəni  kombaynın  bunkeri  yamacın  yuxarı  hissəsinə doğru olmalıdır.

Günün qaranlıq vaxtında işlərin aparılması zamanı təhlükəsizlik tədbirləri

3.26.     Günün qaranlıq vaxtında işlərin aparılması zamanı kombaynın cihazlar panelinin işıqlandırılması, ön və arxa işıqlar saz vəziyyətdə olmalıdır.

3.27.      Kombayna su və yanacaq  gündüz vaxtı tökülməlidir. Gecə vaxtı   kombayna su və yanacağın əlavə olunması zərurəti yarandıqda elektrik lampasından və ya digər nəqliyyat vasitələrinin işığından istifadə etmək lazımdır.

3.28.     Günün qaranlıq vaxtında istirahət yerlərini lampa və ya digər işıqlandırma vasitələri ilə nişanlamaq lazımdır.

Yol və keçidlərdə hərəkət zaman təhlükəsizlik tədbirləri

 3.29.     Kombaynla  yollardan  keçərkən  ilk  növbədə  dayanaraq  diğər  yoldan nəqliyyat  vasitələrinin  gəlmədiyindən  əmin  olmalısınız.

3.30.      Gündüz vaxtı yolda hərəkət zamanı kombaynın taxıl biçən hissəsinin sonlarına qırmızı bayraq, günün qaranlıq vaxtı isə qırmızı işıq qaytaran lampalar vurulmalıdır.

3.31.     Dəmiryolu  keçidinə  yaxınlaşan zaman  «Dəmiryolu keçidi !»  nişanına «Qatardan ehtiyatlı ol !» nişanına, səs siqnalına, şlaqbauma, işıqfora və dəmiryolu növbətçisinin tələblərinə əməl etmək lazımdır. Şlaqbaumun bağlı vəziyyətində  və işıqforun qırmızı işığında kombayn şlaqbauma  5 metrə məsafə qalmış saxlanmalıdır.

3.32.     Mühafizə olunmayan dəmiryolu keçidinə yaxınlaşaraq kombaynı relslərə 10 metr qalmış saxlayaraq,qatarların olmamasından əmin olduqdan sonra saatda 3-4 km sürəti ilə keçmək lazımdır. Günün qaranlıq vaxtı isə dəmiryolu keçidində daha çox diqqətli olmaq lazımdır.

3.33.     Elektrik xətti ilə kombaynın ən yüksək nöqtəsinin arasında 2 metrdən az məsafə varsa xətdin altından keçmək məsləhət deyil.

3.34.     Kombaynın yollarda hərəkət zamanı navalçaşəkilli konveyrini ( şneki )nəqlolunma vəziyyətində saxlamaq lazımdır.

3.35.     Nəqliyyat vasitələrinin sürəti 10 km/s təşkil edirsə,kombaynla ötmə əməliyatı etmək qəti qadağandır.

3.36.     Kombaynda bərk yedəyə almadan istifadə etmək lazımdır və onun uzunluğu 4 metrdən çox təşkil etməməlidir.

3.37.     Kombaynla insanları və yükləri daşımaq qadağan olunur.

3.38.     Enişli və yoxuşlu yollarda kombaynı sürətlə qutusunun 1-ci pilləsi ilə idarə etmək məsləhət görülür.Təpəyə çıxarkən və ya düşərkən muftadan istifadə edərək sürətlər qutusunun pilləsini dəyişmək olmaz. Həmin yerlərdə məcburi dayanma olsa, əl əyləcindən istifadə edərək saxlamaq,mühərriki söndürmək təkərlərin altına dayaqlar qoymaq tələb olunur.

3.39.     Kombaynla arxaya hərəkət və ya dönmə zamanı hərəkət sürətinin minimuma endirmək və yaxınlıqda insanların olmadığından əmin olmaq lazımdır.

3.40.     Çay keçidlərindən keçmək müstəsna hallarda icazə verilir,yəni çayın dibidaşlı və qumlu olarsa, həmçinin suyun səviyyəsi 0,5  metrdən çoxolmayanda.

3.41.     Kombaynla çay keçidlərindən keçən zaman surətlər qutusunun 1-ci pilləsi ilə dayanmadan,əyləcsiz və mühərikin dövürlərini kəskin dəyişmədənkeçilməlidir.

3.42.     Körpülərdə hərəkət zamanı körpünün yanında quraşdlrılmış eni və yük – götürmə nişanlarını rəhbər tutmaq lazımdır.

3.43.      Dumanlı və yağışlı havada hərəkət zamanı görüntü 20 metrdən aşağı olduqda, işıqları yandıraraq mütəmadi səs siqnallarından istifadə etmək lazımdır.

3.44.     Sürüşkən yollarda daha da ehtiyatlı olaraq əyləci və istiqaməti kəskindəyişmək olmaz. Kombaynı muftadan istifadə edərək yumşaq saxlamaq    lazımdır.

3.45.     Kombaynın təkərləri yerində hərəkət edərsə,əllə və ya ayaqla təkərlərin altına dayaq qoymaq olunur.

4. İş qurtardıqdan sonra

4.1.       İş vaxtı qurtardıqdan  sonra kombaynı dayanacaqda saxlayaraq təkərlərin ön və arxa hissələrinə xüsusi altlıqlar qoyulmalıdır.

4.2.       Kombaynın kabinası və üz hissəsi toz və palçıqdan təmizlənməlidir.

4.3.       Bədəndə su-duzluq səviyyəsini qorumaq məqsədi ilə 1 litr suya 5 qram duz qarışdıraraq içmək məsləhət görülür.

4.4.       İş yerini səliqəyə salmaq, alətləri yeşiklərə yığmaq lazımdır.

4.5.       Əgər texnika xüsusi oturacaq (altlıq) üstündə qalırsa, altlığın etibarlı olmasını yoxlamaq lazımdır. Texnikanı qaldırıcı mexanizmdən, asqıdan aslı vəziyyətdə saxlamaq qadağandır.

4.6.       Mexanizator və köməkçi iş geymini çıxarmalı, təmizləməli və yerinə qoymalıdır.

4.7.        İş qurtardıqdan sonra şəxsi gigiyena prosedurları ( əl- üzünü yumalı, duşqəbul etməlidir) qəbul etməlidir.  

  5. Kombaynda işləyən zaman yanğın təhlükəsizlik tədbirləri.   

 5.1.     Kombaynlar biçinə başlamazdan əvvəl yanğına  qarşı texniki müayinədən keçməli və onların yanğın təhlükəsizliyi tələblərinə cavab vermələri yoxlanılmalıdır.

5.2.     Mütəmadi olaraq mühərrikin başlığının  kollektorla birləşməsinin kipliyi və

işlənmiş qazın çıxması üçün borunun kollektorla birləşməsinin,eyni zaman   işlənmiş qazın çıxması üçün boruda  olan qığılcım söndürənin sazlığı yoxlanılmalıdır.

5.3.     Xüsusi ilə mühərrikin yanında yağın və ya yanacağın axmasına yol verilməməlidir.

5.4.     Kombaynda elektrik naqilləri bərk bərkidilməli və etibarlı izolyasiya olunmalıdır. Elektrik naqilləri sallanmamalı və ya mühərrikin işlək hisssələrinə toxunmamalıdır.

5.5.     Mühərrikin çox qızmasına yol verilməməlidir.

5.6.     Kombaynın mühərriki işləyən zaman yanacağın doldurulmasına icazə verilmir. Yanacaq və yağ əlavə edərkən onların digər yerlərə axmasının qarşısı alınmalıdır.

5.7.     Yanacağı kombayna xüsusi dayanacaqda əlavə etmək olar,yənı şumlanmış və quru otdan təmizlənmiş yerlərdə. Dayanacaq yaşayış yerlərindən 80-100 metr aralıda, kombaynlar isə bir-birindən 10 metr məsafədə saxlanılmalıdır.

5.8.     Sahələrdə kombayn yanacağı müstəsna hallarda və qapalı qablarla əlavə etməyə icazə verilir. Kombayna yanacağı vedrə,qıf və s. açıq qablarla əlavə etmək qadağan olunur.

5.9.     Yanacaqdoldurma aqreqatının kombayna yaxınlaşan zaman surəti  5km/s -dan çox olmamalıdır. 

5.10.     Kombayn yanacaqdoldurma aqreqatının arası 3 metrdən az olmamalıdır.

5.11.     Yanacaq əlavə olunduqdan sonra onun səviyyəsinə kibrit,şam və məşəllə baxmaq qəti qadağandır.

5.12.     Mütəmadi olaraq mühərrik və elektrik naqilləri toz,yağ və samandan təmizlənməlidir.

5.13.     Yanğınsöndürmə balonundan istifadə etməyi bacarmaq lazımdır.

5.14.     Kombaynda yanğınsöndürmə balonunun üstünə paltar və ya diğər əşyaların asılmasına icazə verilmir.Bu yanğınsöndürmə balonunun korlanmasına və tələb olunan vaxt onun tez götürüb istifadə olunmasına mane olar.

 5.15.     Kombaynda  yanğın  baş  verən  zamanı  ilk  növbədə  maşını saxlayıb,mühərriki söndürüb, dərhal kabinanı tərk edərək yanğının qarşısını almaq lazımdır.Əgər yanğın zamanı kabinanı qapıdan tərk etmək mümkün olmursa,onda kombaynın ön şüşəsini ayaqla və ya metal əşya ilə sındıraraq çıxmaq məsləhət görülür.

5.16.     Yanğının qarşısını yanğınsöndürmə balonu, keçə və qum ilə almaq lazımdır

5.17.     Dayanacaqda və aqreqatların yanında ocaq yandırmaq olmaz.

5.18.     Kombaynın kabinasında və ya yanında siqaret çəkmək olmaz.

 5.19.     Yağa bulaşmış əskiləri və s. tullantıları yığaraq metal qapaqlı qaba atmaqlazımdır.

5.20.     Kombaynda 2 ədəd yanğınsöndürmə balonu, bel, qum yeşik, daşınabilən elektrik lampası, elektrik fənəri, keçə, brezent və tullantıları atmaq üçün metal qapaqlı qab olmalıdır. 

* Sizin axtarshiniza uygun hich bi shey tapilmadi
Xəbərlər
2017-11-20
NAZİR HEYDƏR ƏSƏDOV NOYABRIN 17-DƏ BƏRDƏ RAYONUNDA VƏTƏNDAŞLARLA GÖRÜŞÜB
ətraflı oxu
2017-10-30
NAZİR HEYDƏR ƏSƏDOV OKTYABRIN 27-DƏ MASALLI RAYON KƏND TƏSƏRRÜFATI İDARƏSİNİN İNZİBATİ BİNASINDA VƏTƏNDAŞLARI QƏBUL EDİB
ətraflı oxu
2017-09-25
NAZİR HEYDƏR ƏSƏDOV SALYAN RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİB
ətraflı oxu
2017-09-07
YENİ PAMBIQYIĞAN KOMBAYNLARIN TƏQDİMATINA DAİR TƏDBİR KEÇİRİLMİŞDIR
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений