AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Ana səhifə /MİNERAL GÜBRƏ, BİOHUMUS VƏ PESTİSİDLƏRİN SATIŞI / Güzəştli satış qaydası

Hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrə, biohumus və pestisidlərin

güzəştlə satılması qaydası

       

       Azərbaycan Respublikası Nazirlər Kabinetinin "2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”na dəyişikliklər edilməsi haqqında 17 aprel 2018-ci il Qərarına əsasən  hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına satılan mineral gübrələrin, pestisidlərin və ölkədə sənaye üsulu ilə istehsal edilmiş biohumusun qiymətinə 70 faiz güzəşt tətdbiq edilməklə, hər hektar genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinə və çoxillik əkmələrə görə mineral gübrələrin və biohumusun satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddi 150 manat, pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddi 50 manat məbləğində müəyyən edilsin.

 

Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 27 İyul 2019-cu il tarixli, 759 nömrəli  fərmanına əsasən mineral gübrələrin güzəştli satış qaydalarında dəyişikliklər edilmişdir.  

 

 

    

    

İstehsalçılara mineral gübrələrin güzəştli qiymətlərlə satılması aşağıdakı qaydada həyata keçirilir:

 

-  İstehsalçının ərizəsi və ona əlavə edilmiş sənədlər satıcı tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, mineral gübrələrin istehsalçıya 70 faiz güzəştli qiymətlə satılmasını təmin edir;

 -  Satıcı mövcud qaydalara uyğun mineral gübrələrin 70 faiz güzəştli qiymətlə satılmasından imtina etdiyi halda, istehsalçıya imtinanın səbəblərini göstərməklə yazılı məlumat verir;

   -  Satıcı mineral gübrələrin alqı-satqısını təsdiqləyən sənədləri, satılan mineral gübrələrin miqdarını və dəyərini göstərməklə, istehsalçılar (alıcılar) üzrə icmal siyahını tərtib edərək, üç nüsxədən ibarət hər ayın 30-dək müvafiq rayon (şəhər) kənd təsərrüfatı idarəsinə təqdim edir. 

* Sizin axtarshiniza uygun hich bi shey tapilmadi
Xəbərlər
2019-12-16
Şəkidə fermerlərə müasir becərmə texnologiyası nümayiş olunub
ətraflı oxu
2019-12-06
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb - FOTO
ətraflı oxu
2019-11-25
Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-25
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений