AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Ana səhifə /MİNERAL GÜBRƏ, BİOHUMUS VƏ PESTİSİDLƏRİN SATIŞI / Mineral gübrə və pestisidlər

         Məlumdur ki, mineral gübrələr tərkibindəki qida elemntlərinin sayına görə sadə (birelementli), kombinə edilmiş (ikielementli) və mürəkkəb, yaxud kompleks (çoxelementli) növlərə bölünür. Əslində bütün mineral gübrələrin tərkibində bir neçə kimyəvi element olur, bunların da bəziləri bitkilərə ziyan gətirə bilər. Bütün sadə gübrələrdə (ammonyak şorası, sidik cövhəri, superfosfat) mikroelementlər; sulfatlarda (kalium, maqnezium, ammonium) kükürd; superfosfatda ftor; kalium duzlarında və kalium xlordiddə xlor və natrium olur ki, bunların miqdarı az olduqda bitkilərə xeyir, artıq olduqda isə ziyan yetirir.

     Gübrələrdən heç biri bitkilərin yüksək məhsuldarlığını ayrılıqda təmin edə bilinir. Odur ki, hətta kompleks gübrələrlə əlavə yemləmələr zamanı digər mineral, yaxud üzvi gebrələrdən də istifadə olunmalıdır. Bitkiçilikdə bitkilərin böyüməsinə və məhsuldarlığına səmərəli təsir edən çoxlu gübrə növlərindən istifadə edirlər.

Ammonium nitrat azot gübrəsidir, 33-35% azot elementi var. Azot zülalların tərkibinə daxildir. O çatışmadıqda yaşıl kütlənin əmələ gəlməsi ləngiyir, bitkilər pis böyüyür, yarpaqları solğunlaşır və saralır. Azotlu gübrələr yaz vaxtı bitkilərə xüsusən çox lazım olur. Şitillik torpaqları əlavə yemləndirilmələrdən ötrü əlverişlidir. Suda asan həll olur. Ən çox turş olmayan torpaqlar üçün məsləhət görülür. 

Ammonium sulfat azot gübrəsidir, tərkibində 20-21% azot elementi var. Azot zülalların tərkibinə daxildir. O çatışmadıqda yaşıl kütlənin əmələ gəlməsi ləngiyir, bitkilər pis böyüyür, yarpaqları solğunlaşır və saralır. Azotlu gübrələr yaz vaxtı bitkilərə xüsusən çox lazım olur. Turş olmayan torpaqlar üçün məsləhət görülür.

Karbamid azot gübrəsidir, tərkibində 46% azot elementi var. Azot zülalların tərkibinə daxildir. O çatışmadıqda yaşıl kütlənin əmələ gəlməsi ləngiyir, bitkilər pis böyüyür, yarpaqları solğunlaşır və saralır. Azotlu gübrələr yaz vaxtı bitkilərə xüsusən çox lazım olur. Əksərən əlavə yemləmələrdə istifadə olunur. Suda asan həll olur. Turş olmayan torpaqlar üçün məsləhət görülür. 

Superfosfat gürbəsi bütün torpaq tipləri üçün istifadə edilə bilər. Turş torpaqlarda bu gübrə verilməzdən əvvəl torpaq əhənglənməlidir. 

Ammofos gübrəsinin tərkibində 52% fosfor, 12% azot var. Həm payızda şum altına və həm də yemləmə şəklində vegetasiya dövründə verilə bilər. Bütün bitkilərin köklərinə verilir. İstixanalarda tez-tez istifadə edilir, suda yaxşı həll olur.

Kalium sulfat gübrəsinin tərkibində 45-50% kalium, 48-50% kalium oksidi var. Şitilliklərdə torpağın əsas hazırlanmasında, şitil qarışıqlarında və lavə yemləmələrdə istifadə olunur. Bütün torpaqlar üçün yararlıdır. Torpaqları bir az turşulaşdıra bilir. Turş torpaqlarda əhəngləşdirmə ilə birgə aparılmalıdır. Suda yaxşı həll olur. 

Ammonyak şorası azot gübrəsidir, tərkibində 33-35% azot elementi var, suda asan həll olur, torpağa bitkilərin əkilməsindən əvvəl verilməlidir, şitillik torpaqları əlavə yemləndirmələrdən ötrü əlverişlidir. Onu ağzı bağlı qabda, quru və sərin yerdə, oddan kənarda saxlamaq lazımdır.

Dənəvərləşdirilmiş ikiqat superfosfat fosfor gübrəsidir, tərkibində 18% fosfor elementi var, isti suda daha yaxşı həll olur, çöküntü verir, saxlama zamanı yapıxmır, payızda, yaxud erkən yazda əsas yemləmədə (səpmə və əkmə zamanı cızlara və çalalara) istifadə olunur, əlavə yemləmələrdə nadir hallarda işlədilir.

Presipitat fosfor gübrəsidir, tərkibində 38% fosfor elementi vardır, suda həll olmur, payızda torpağı əsas gübrələmə üçün istifadə edilir, yaxşı saxlanılır.

Kalium-sulfat ən yaxşı kalium gübrəsidir, tərkibində 45-50% kalium elementi vardır, suda yaxşı həll olur və saxlanılır. Şitilliklərdə torpağın əsas hazırlanmasında, şitil qarışıqlarında və əlavə yemləmələrdə istifadə olunur. Əlavə olaraq, tərkibində 18% kükürd vardır.

Maqnezium-sulfat maqnezium gübrəsidir, tərkibində 10% maqnezium elementi var, suda yaxşı həll olur və saxlanılır, torpağın əsas yaz hazırlanması, şitillik və istixana torpaqlarının hazırlanması zamanı və əlavə yemləmələrdə işlədilir. Əlavə olaraq, tərkibində 13% vardır.

Kalsium şorası kalsium gübrəsidir, tərkibində 22% kalsium elementi var, suda yaxşı həll olur, yalnıq quru yerdə örtülü qablarda saxlanmalıdır, əlavə yemləmələrdə istifadə edilir. Tərkibində, əlavə olaraq 15% azot vardır.

Kalium şorası kalium-azot gübrəsidir,tərkibində 38% kalium və 13% azot vardır, suda yaxşı həll olur, saxlanır, istixanalarda bitkilərin əlavə yemləndirilməsindən ötrü ən yaxşı gübrədir.

Kalimaqneziya kalium-maqnezium gübrəsidir, tərkibində 26-28% kalium və 16% maqnezium vardır, çöküntü ilə həll olunur, əsas hazırlanmalarda və əlavə yemləndirmələrdə istifadə edilir.

Nitrofoska tərkibində 11% azot, 10% fosfor, 1P/0 kalium vardır. Yaxşı saxlanır, suda həll edildikdə fosfor birləşməsi şəklində çöküntü əmələ gətirir, çox vaxt bitkilərə ləng təsir etdiyi üçün əsasən hazırlamalarda, az hallarda əlavə yemləmələrdə istifadə olunur.

Ammofos fosfor – azot gübrəsidir, tərkibində 52% fosfor və 18% azot vardır, suda yaxşı həll olur, saxlanır, əsas hazırlamalarda bütün bitkilərin kökünə verilir, istixanalarda tez-tez istifadə edilir. Fosfor çatışmazlığı böyük olduqda əlavə yemləmələdr də istifadə edilir.

Rastvorinlər tərkibində 10%-dən 20%-dək azot, 5%-dən 40%-dək fosfor, 6%-dən 20%-dək maqnezium vardır. Yaxşı saxlnır və suda tam həll olurlar. Bitkilərə tez təsir göstərdiyi üçün yalnız əlavə yemləmələrdə istifadə edilməsi məsləhətdir.

       Torpağın əsas hazırlanmasında, şitillik torpaqlarında və əlavə yemləmələrdə mikrogübrələrdən dəmir, mis, sink, manqan-sulfatlar, bor turşusu, ammonium-molibden, kobalt-nitrat, kalium-yod istifadə olunur. Bəzən bu gübrələr kompleks növdə (həblərdə) buraxılır.

       Mineral gübrələrin əksəriyyəti torpaq məhlulunu müxtəlif dərəcədə turşudur, yalnız kalsium şorası qələviləşdirir. Bəzi gübrələrin normadan artıq verilməsi torpağın fosfor və sulfatla şorlaşmasına səbəb ola bilər.

 

     Üzvi gübrələrdən istifadə, torpağın şum qatının bütün dərinliyinə çatıdırılması, diqqətlə hazırlanması və bərabər verilməsi, şum qatının bütün dərinliyinə məhlul şəklində tökülməsi, əlavə yemləmələrdə gübrə növləriin dəyişdirilməsi, hər bitkinin kökünə vaxtında verilməsi mineral gübrələrin səmərəli təsirini yüksəldir.

Hər bir təsərrüfatçı gübrələrdən daha yaxşı istifadə etməyə nail olmaq üçün müəyyən təcrübə toplamalıdır.

 

 

* Sizin axtarshiniza uygun hich bi shey tapilmadi
Xəbərlər
2017-04-12
MEXANİZATORLARIN NƏZƏRİNƏ
ətraflı oxu
2017-04-10
NAZİR HEYDƏR ƏSƏDOV APRELİN 7-DƏ AĞSTAFA, QAZAX, TOVUZ, ŞƏMKİR VƏ GƏDƏBƏY RAYONLARINDAN OLAN VƏTƏNDAŞLARI QƏBUL EDİB
ətraflı oxu
2017-04-07
ŞİRVAN ŞƏHƏRİNDƏ PAMBIQÇILIĞIN İNKİŞAF ETDİRİLMƏSİ İLƏ ƏLAQƏDAR ALINAN YENİ KƏND TƏSƏRRÜFATI TEXNİKALARININ SƏRGİ-TƏQDİMATI OLUB
ətraflı oxu
2017-03-30
MEXANİZATORLAR ÜÇÜN PULSUZ TƏLİM KURSLARI KEÇİRİLİR
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений