AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Ana səhifə /DAMAZLIQ HEYVANLARIN LİZİNQİ / Güzəşt tarifi

Damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması qaydaları «Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 avqust tarixli, 3000 nömrəli Sərəncamına əsasən hazırlanmışdır.

    1.   50 faiz güzəştlə lizinq yolu ilə damazlıq heyvan almaq istəyən istehsalçı ərizə ilə rayon (şəhər) komissiyasına müraciət edir.

   2.   Rayon (şəhər) komissiyası istehsalçının ərizəsinə əsasən 3 (üç) iş günü ərzində istehsalçının iştirakı ilə damazlıq heyvanların saxlanılma şəraitini, yemlə təminatını, zoobaytar tədbirlərinin aparılmasının vəziyyətini yerində yoxlayır və istehsalçıya damazlıq heyvanın lizinq yolu ilə satılıb satılmaması barədə yazılı surətdə rəyini bildirir.

  3.  Güzəştli şərtlərlə lizinq yolu ilə damazlıq heyvan almaq istəyən istehsalçı ərizə ilə Cəmiyyətə müraciət edir və ərizəyə rayon (şəhər) komissiyasının rəyini və şəxsiyyətini təsdiqləyən sənədlərin (dövlət qeydiyyatından keçməsi barədə şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin) surətlərini əlavə edir.

   4.   Cəmiyyət 2 (iki) iş günü müddətində istehsalçının ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri ekspertizadan keçirir və damazlıq heyvanın lizinq yolu ilə satılması barədə istehsalçıya güzəştin şərtlərini və ödənişin aparılması üçün müvafiq bankdakı xəzinə hesabını göstərməklə, müəyyən olunmuş formada hesab-faktura göndərir.

   5. İstehsalçı lizinq yolu ilə alacağı damazlıq heyvanların müəyyən olunmuş güzəştli dəyərinin 50 faizini və sığortanın tam dəyərinin qabaqcadan Cəmiyyətin müvafiq bankdakı xəzinə hesabına hesab-fakturaya əsasən ödəyir. İstehsalçı ödənişi təsdiqləyən bütün bank sənədlərini Cəmiyyətə təqdim edir.

  6.  Ödənişi təsdiqləyən bank sənədlərinə əsasən Cəmiyyətlə istehsalçı arasında damazlıq heyvanların qanunvericiliyə müvafiq olaraq alqı-satqı əməliyyatı həyata keçirilir və 3 (üç) il müddətinə lizinq müqaviləsi bağlanılır.

  7.   İstehsalçı güzəştli şərtlərlə lizinq yolu ilə satın aldığı damazlıq heyvanı:

  • dəyəri tam ödənilənədək sata, bağışlaya və kəsə bilməz;
  • saxlanılması üçün istifadə etdiyi yer (tövlə) zoobaytar tələblərə tam cavab verməlidir və yem bazası ilə təmin etməlidir.

   8.   İstehsalçının səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində lizinq dövründə damazlıq heyvan tələf olarsa, onda damazlıq heyvanın ödənilməyən qalıq dəyəri istehsalçı tərəfindən Cəmiyyətə ödənilməlidir.

« 12 »
Xəbərlər
2017-01-09
«Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətin İri buynuzlu cins damazlıq heyvanların satın alınmasının AÇIQ TENDER elanı
ətraflı oxu
2016-12-19
KƏND TƏSƏRRÜFATI NAZİRİ HEYDƏR ƏSƏDOV GÖYGÖL RAYONUNDA GÖYGÖL, GORANBOY, YEVLAX, SAMUX VƏ DAŞKƏSƏN RAYONLARININ SAKİNLƏRİ İLƏ GÖRÜŞÜB
ətraflı oxu
2016-11-28
NAZİR HEYDƏR ƏSƏDOV QOBUSTAN RAYONUNDA KƏND TƏSƏRRÜFATI İDARƏSİNİN İNZİBATİ BİNASINDA QƏBƏLƏ, İSMAYILLI, ŞAMAXI, QOBUSTAN VƏ ABŞERON RAYONLARINDAN OLAN VƏTƏNDAŞLARI QƏBUL EDİB
ətraflı oxu
2016-10-24
NAZİR HEYDƏR ƏSƏDOV ZƏRDAB ŞƏHƏRİNDƏKİ KƏND TƏSƏRRÜFATI İDARƏSİNİN İNZİBATİ BİNASINDA KÜRDƏMİR, UCAR, GÖYÇAY, AĞSU VƏ ZƏRDAB RAYONLARINDAN OLAN VƏTƏNDAŞLARI QƏBUL EDİB
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений