AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Ana səhifə /DAMAZLIQ HEYVANLARIN LİZİNQİ / Damazlıq heyvanlar üçün lizinq qaydaları

       İri buynuzlu damazlıq heyvanların lizinqə verilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanlar ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə” 22 sentyabr 2008-ci il tarixli 226 saylı qərarı ilə təsdiq olunmuş Qaydalar əsasında həyata keçirilir.

      1.  Damazlıq heyvanları lizinq yolu ilə əldə etmək üçün sahibkar alacağı hər bir baş iri buynuzlu heyvanın dəyərindən avans ödəyərək Cəmiyyətlə ilkin müqavilə bağlayır;

      2.  Heyvanlar Respublikaya gətirilib karantin müddətini keçdikdən sonra damazlıq heyvanın lizinqə verilməsi barədə sahibkarla lizinq müqaviləsi bağlanılır;

      3. Bu zaman sahibkar hər bir heyvanın güzəştli satış dəyərinin 50%-ni (əvvəlcədən ödənilmiş avans məbləği nəzərə alınmaqla), ilkin ödəniş etməli və həmçinin sığorta və üstəlik xərcləri ödəyərək heyvanı lizinqə götürür;

      4. Güzəştli dəyərin qalan 50% məbləği isə sahibkar tərəfindən Cəmiyyətin hesabına rüblər üzrə 3 il müddətinə ödənilir;

       5. Heyvanların tam dəyəri 3 il müddətinə hər il 2% olmaqla sığorta olunur ki, bunun da 50%-i Cəmiyyət tərəfindən, digər 50%-i isə sahibkar tərəfindən ödənilir.

Qeyd olunan qaydalara uyğun olaraq sənədlərinizi “Aqrolizinq” ASC-yə təqdim edib damazlıq heyvanları lizinq yolu ilə ala bilərsiniz.

* Sizin axtarshiniza uygun hich bi shey tapilmadi
Xəbərlər
2017-09-25
NAZİR HEYDƏR ƏSƏDOV SALYAN RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİB
ətraflı oxu
2017-09-07
YENİ PAMBIQYIĞAN KOMBAYNLARIN TƏQDİMATINA DAİR TƏDBİR KEÇİRİLMİŞDIR
ətraflı oxu
2017-08-28
KƏND TƏSƏRRÜFATI NAZİRİ ŞƏMKİRDƏ VƏTƏNDAŞLARI QƏBUL EDİB
ətraflı oxu
2017-07-17
NAZİR HEYDƏR ƏSƏDOV ŞAMAXI RAYONUNDA QƏBƏLƏ, İSMAYILLI, ŞAMAXI VƏ QOBUSTAN RAYONLARININ SAKİNLƏRİ İLƏ GÖRÜŞÜB
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений