AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Ana səhifə /TEXNOLOJİ AVADANLIQLARIN LİZİNQİ / Texnoloji avadanlıqlar üçün lizinq qaydaları

Texnoloji avadanlıqların lizinqə verilməsi qaydaları

          Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları” aşağıdakı dəyişikliklərə əsasən yerinə yetirilir:

        1. “İstifadəçi “Aqrolizinq” ASC-yə məxsus texnoloji avadanlıqları sığorta haqqı da daxil olmaqla, lizinq yolu ilə satın aldıqda onların dəyərinin 10 faizdən az olmayan hissəsini əvvəlcədən, qalan hissəsini isə 10 ildən gec olmayaraq ödəyir.”

       2. Ləğv edilmiş lizinq müqaviləsi üzrə istifadə edilmiş texnoloji avadanlıqlar yenidən lizinqə verilərkən və ya lizinq yolu ilə satılarkən, əvvəlki istifadəçi ilə bağlanılmış lizinq müqaviləsinin şərtlərinə əsasən həyata keçirilən ödənişlər nəzərə alınmaqla, həmin texnoloji avadanlıqların yeni istifadəçisinin ödəyəcəyi ilkin ödənişin məbləği və lizinqin müddəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla, “Aqrolizinq” ASC-nin nəzdində bu məqsədlə daimi fəaliyyət göstərən Komissiya tərəfindən müəyyən edilir.

       3. Əvvəllər lizinqə verilməmiş və “Aqrolizinq” ASC-nin aqroservis filialları tərəfindən istifadə edilmiş texnoloji avadanlıqlar lizinqə verilərkən və ya lizinq yolu ilə satılarkən, amortizasiya normaları nəzərə alınmaqla ilkin ödənişin məbləği və lizinqin müddəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən edilir.”

* Sizin axtarshiniza uygun hich bi shey tapilmadi
Xəbərlər
2018-11-14
NAZİR İNAM KƏRİMOV TƏRTƏR RAYONUNDA VƏTƏNDAŞLARLA GÖRÜŞƏCƏK
ətraflı oxu
2018-11-14
“AQROLİZİNQ” ASC-NİN NÜMAYƏNDƏLƏRİ XAÇMAZDA REGİONUN FERMER VƏ SAHİBKARLARI İLƏ GÖRÜŞ KEÇİRƏCƏKLƏR
ətraflı oxu
2018-11-12
“AQROLİZINQ” ASC TƏRƏFİNDƏN BU İL ÖLKƏYƏ 138,9 MİN TON MİNERAL GÜBRƏ GƏTİRİLİB
ətraflı oxu
2018-11-12
AYAZ QƏDİROV: “ELEKTRON AQROLİZİNQ SİSTEMİ FERMERLƏRİN İŞİNİ ASANLAŞDIRACAQ”
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений